Xatirə Muzeyində açıq dərs keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tədbirlər planına əsasən  Naxçıvan şəhər Xatirə Muzeyində  “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar olaraq açıq dərs keçirilmişdir.

Açıq dərsdə 30 mart 2021-ci il tarixdə 4, 7 nömrəli və 31 mart 2021-ci il tarixdə isə 11, 15 nömrəli tam orta məktəblər üzrə 30 şagird iştirak etmişdir.

Muzeyin bələdçisi şagirdlərə “31 Mart-Azərbaycanlıların Soyqırımı Günü” haqqında məlumat verərək bildirmişdir ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üçün Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə şagird qəbulu elan edir

Liseyə şagird qəbulu 2021-2022-ci tədris ili üzrə ümumtəhsil məktəblərinin VII sinifində təhsil alacaq oğlan şagirdləri arasında müsabiqə yolu ilə aparılır.

Liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:

1. Şəxsiyyət vəsiqəsinin surəti

2. 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil

3. Valideynin ərizəsi

4. Təhsil aldığı məktəbdən arayış

5. Sağlamlıq haqqında arayış

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üçün Naxçıvan Qızlar Liseyinə şagird qəbulu elan edir

Liseyə şagird qəbulu 2021-2022-ci tədris ili üzrə ümumtəhsil məktəblərinin V sinifində təhsil alacaq qız şagirdləri arasında müsabiqə yolu ilə aparılır.

Liseyə qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:

1. Şəxsiyyət vəsiqəsinin surəti

2. 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil

3. Valideynin ərizəsi

4. Təhsil aldığı məktəbdən arayış

5. Sağlamlıq haqqında arayış

Ardını oxu...

Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımı cinayətlərinin əsas mahiyyəti və pərdəarxası

Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixdə “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı onun doğma xalqı qarşısında, günahsız yerə qətlə yetirilənlərin ruhu önündə ən böyük xidmətlərindən biridir. Bu fərmanla ilk dəfə baş verən hadisələrə siyasi qiymət verilmişdir. Bu, xalqın tarixi yaddaşıdır, milli yaddaşımızı dirçəldən mühüm rəsmi sənəddir. Bu sənəd xalqımıza qarşı törədilən soyqırımının obyektiv mənzərəsini yaratmağa və ona siyasi-hüquqi qiymət verməyə imkan yaratdı. Bu fərman eyni zamanda keçmiş tariximizə və bugünkü problemlərə baxışları köklü surətdə dəyişdirməyi nəzərdə tutan çox mühüm dövlət sənəd, konseptual siyasi baxışlara əsaslanan metodoloji baza olmuşdur. Bu baxımdan Azərbaycan xalqının başına gətirilən soyqırımı cinayətlərinin mahiyyətinin açıqlanması və pərdə arxası məqamların araşdırılaraq təhlil edilməsi böyük əhəmiyyət kəsb edir. Bəlkə də tarixdə yeganə millətdir ki, Azərbaycan türkləri bir əsrdə bir neçə dəfə fəlakətə məruz qalmış, soyqırımına, deportasiyaya uğramış və hələ də bunun acısını yaşamaqdadır. Törədilən soyqırımı cinayətləri antitürk zehniyyətlə yoğrulan ermənilərin “Hai-Taht” doktrinasından qaynaqlansa da, Azərbaycanın bütün bölgələrində baş verən hadisələrin arxasında böyük güclərin də hər birinin öz marağı olmuşdur. Bu dövlətlərin hər birini birləşdirən yeganə amil isə antitürk zehniyyət idi.

Ardını oxu...

“XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və Naxçıvan” mövzusunda interaktiv dərs keçirilib

Martın 31-də AMEA Naxçıvan Bölməsində “31 Mart-Azərbaycanlıların Soyqı­rımı Günü” ilə bağlı “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və Naxçıvan” mövzusunda muxtar respublika məktəbliləri üçün interaktiv dərs olub.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin apardığı dərsdə ermənilərin əzəli torpaqlarımızda planlı şəkildə məskunlaşdırılması, tarixin müxtəlif dövrlərində dinc azərbaycanlılara qarşı həyata keçirilən irimiqyaslı soyqırımlar haqqında məlumat verilib. Ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanına diqqət çəkən tədqiqatçı bildirib ki, bu fərman ilk dəfə olaraq Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətlərə siyasi qiymət verən, milli yaddaşımızı dirçəldən mühüm tarixi sənəddir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg