Gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində kitabın rolu müstəsna əhəmiyyətə malikdir. Şagirdlərin asudə vaxtlarının səmərəli təşkili və mütaliə vərdişlərinin formalaşdırılması üçün məktəblərdə əlverişli şəraitin yaradılması əsas amillərdən biridir. Muxtar respublikada bu sahədə kifayət qədər iş görülmüşdür. Belə ki, gənc nəsildə mütaliəyə marağı artırmaq üçün ən əvvəl əlverişli şəraitin yaradılması və mənbə, demək olar ki, muxtar respublikanın bütün məktəblərində ən yüksək səviyyədə təşkil edilib. Bu gün Naxçıvanda hansı məktəbə üz tutsaq, orada geniş, işıqlı və rahat kitabxanalarla rastlaşacağıq. Həmin kitabxanalar zəruri avadanlıqlarla təchiz olunmuş, fondu zənginləşdirilmiş, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülmüş, kitabxanalar dərslik və bədii ədəbiyyatla təmin edilmişdir. Təkcə cari tədris ilində muxtar respublika ümumtəhsil məktəblərinin kitabxanaları 154 adda 34976 bədii ədəbiyyat, 200 mindən çox dərslik və metodik vəsaitlə zənginləşdirilmişdir. Bu da şagirdlərin dünyagörüşünün artırılmasına öz töhfəsini vermişdir.
29 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Rəssamlar birliyinin birgə hazırladığı əsasnaməyə uyğun olaraq Culfa şəhər 3 nömrəli tam orta məktəbdə məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsinin rayon mərhələsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd məktəblilərin təsviri və dekorativ-tətbiqi sənətinə olan marağını artırmaq, onların intellektual səviyyəsini yüksəltmək, yaradıcılıq qabiliyyətini üzə çıxarmaqdan ibarət olub. Müsabiqədə rayonun 25 ümumtəhsil məktəbi üzrə 110 şagirdin 68 rəsm, 208 əl işi nümayiş etdirilib. Çəkilən rəsm və dekorativ işlər muxtar respublikanın tarixinə, mədəniyyətinə, tarixi abidələrinə və milli mənəvi dəyərlərinə həsr edilib. İştirakçılar tərəfindən böyük marağa səbəb olan əl işlərinə baxıldıqdan sonra münsiflər heyəti tərəfindən təsviri və dektorativ-tətbiqi sənətin hər biri üzrə 2 əl işi I, II, III yerlər müəyyənləşdirilib.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə təlim toplantısı keçirilib.
Dünyanın inkişaf etmiş ölkələrində tətbiq edilən STEAM təlim metodu 2020-2021-ci tədris ilindən muxtar respublika ümumtəhsil məktəblərində də tətbiq olunur. Bu məqsədlə STEAM kabinələri yaradılır, müəllimlər STEAM təlimlərinə cəlb olunur. Təlimlərin yüksək səviyyədə təşkilini təmin etmək məqsədilə Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzi yaradılıb. Martın 30-da Mərkəzin təqdimatı olub.
Şahbuz rayon ümumtəhsil məktəblərində “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan M.T.Sidqinin “Məktəb hekayələri” adlı kitabının müzakirəsi keçirilmişdir.