Azərbaycan - doğma yurdumuz daima digər dövlətlərlə müsbət siyasi və iqtisadi əlaqələrdə olmuş, öz mövqeyini beynəlxalq aləmə tanıtmışdır. Lakin qonşu dövlətlərdən biri olan Ermənistan tarix boyu bizim torpaqlarımıza göz dikmiş və daim onları əldə etməyə çalışmışdır. Düşmən Ermənistan dövləti digər ölkələrdən aldığı silahların hesabına 1992-1993-cü illərdə dinc silahsız əhaliyə qarşı qırğınlar törədərək doğma yurdumuzun 20% torpağını işğal etmişdir. Onlar yanlız bununla kifayətlənməmiş, həmçinin XX əsrdə azərbaycanlılara qarşı çoxlu sayda qırğınlar törətmiş və işğal etdikləri ərazilərdən Azərbaycanın sərhəd zonalarına atəşkəs olmasına baxmıyaraq atəş açmış və heç bir beynəlxalq qanunlara məhəl qoymadan, işğalçılıq siyasətlərini davam etdirmişlər. Bütün bunlar xalqımızda düşmənə qarşı sonsuz nifrət yaratmış, işğal olunmuş torpaqları azad etmək həsrətiylə qovurmuşdur.
18 mart 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün interaktiv dərs keçirilib. AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova interaktiv dərsdə Azərbaycanın milli bayramı olan Novruz bayramının yaranması və Novruz bayramına aid adət-ənənələr haqqında şagirdlərə geniş məlumat verib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Rəssamlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi davam edir. 17 mart 2021-ci il tarixdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri və Təhsil Nazirliyinə birbaşa tabe məktəb və məktəbdənkənar təhsil müəssisələrinin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsinin II mərhələsi keçirilib. Bu mərhələdə məktəbdaxili seçim mərhələsində fərqlənən 106 şagird 200-ə yaxın rəsm, toxuma, tikmə, mis üzərində döymə, ağac üzərində yandırma, oyma və s. digər əl işi ilə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na əsasən 2020-2021-ci tədris ilindən başlayaraq muxtar respublikada dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə sertifikatlaşdırmaya cəlb olunurlar.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə şagirdlər arasında “Novruz milli-mənəvi dəyərlərimizin parlaq təcəssümüdür” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.