Culfa Rayon Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Culfa rayon bölməsinin birgə təşkilatçılığı ilə Culfa Şəhər Mərkəzi Stadionunda “5 mart - Bədən Tərbiyyəsi və İdman Günü”nə həsr olunmuş oğlan və qız yeniyetmələr arasında atletika idman növləri üzrə rayon birinciliyi keçirilmişdir.
Yarışın keçirilməsində məqsəd yeniyetmə və gəncləri atletika idman növünə cəlb etmək, atletika idman növünü inkişaf etdirmək və kütləviliyinə nail olmaq, yeniyetmələrdən ibarət atletika idman növü üzrə yığma komandanın tərkibini müəyyənləşdirmək ibarət olmuşdur. Yarış qızlar və oğlanlar arasında qaçış, nizəatma və yadro itələmə növləri üzrə keçirilmişdir. Yekun nəticəyə əsasən Culfa şəhər 3 nömrəli tam orta məktəbin komandası I, Culfa şəhər 2 nömrəli tam orta məktəbin komandası II, Yaycı kənd 2 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür. Qaliblərə təşkilatçılar tərəfindən diplom və kubok verilmişdir.
Martın 5-də Naxçıvan Muxtar Respublikası Atletika Federasiyası və Təhsil Nazirliyinin təşkilatçılığı ilə bədii gimnastika üzrə federasiyadaxili açıq birincilik keçirilib.Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilən müsabiqədə yeni yaradılan Bədii gimnastika dərnəyinin və “Xatun” Bədii Gimnastika Klubunun üzvləri iştirak edib.
Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun keçiriləcəyi tarixlər açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Ordubad Rayon Mədəniyyət Evində məktəblilərin dram müsabiqəsinin rayon mərhələsi keçirilib. Müsabiqə oxunması zəruri olan kitabların mütaliəsi, şagirdlərdə nitqin inkişafı, istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə keçirilir.