Martın 2-də Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Babək rayon ümumtəhsil məktəbləri arasında məktəblilərin dram müsabiqəsinin rayon mərhələsi keçirilib. Bu mərhələdə müsabiqənin yanvarın 15-də keçirilmiş məktəbdaxili mərhələsində qalib olan Cəhri qəsəbə 1 nömrəli tam orta məktəbi H.Cavidin “İblis”, Kərimbəyli kənd tam orta məktəbi S.Vurğunun “Vaqif”, Şəkərəbad kənd orta məktəbi C.Məmmədquluzadənin “Poçt qutusu”, Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəb isə H.Cavidin “İblis” səhnəsi ilə çıxış edib.
Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 1 mart 2021-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında dram müsabiqəsinin şəhər mərhələsi keçirilib.
Hər hansı bir dövlətin bütün istiqamətlərdə yüksək səviyyədə inkişafı onun təhsilinin inkişafından birbaşa asılıdır. Təhsilin inkişafı isə yaradılan tədris şəraitindən, qəbul edilən qərarlardan və həyata keçirilən təhsil islahatlarından asılıdır. Muxtar respublikada təhsil quruculuğu sahəsində işlər uğurla aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikanın şəhər və rayon məktəbləri ilə yanaşı, ən ucqar sərhəd kəndlərində belə müasir tipli məktəb binaları inşa edilir, əsaslı təmir olunur və ya yenidən qurularaq şagirdlərin istifadəsinə verilir. Bu isə muxtar respublikada təhsilin keyfiyyətinin yüksəlməsinə, müəllimlərin səmərəli fəaliyyətinə geniş imkanlar açır.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 2021-ci ilin fevral ayı ərzində keçiriləcək tədbirlər planına əsasən Ekoloji Tərbiyə Mərkəzi tərəfindən yeni ekoloji layihəyə start verilmişdir.
STEAM tədris metodu şagirdlərin problemlərə fənlərarası və vahid təhsil metodu ilə bilik və bacarıqlara yiyələnməsini təmin etmək məqsədi daşıyır. Bu metod məktəbəqədər təhsildən ali təhsilə qədər olan bütün təhsil müddətini əhatə edən fənlərarası bir yanaşmadır. Maraq, müvəffəqiyyət və motivasiya, zehni prosesin inkişafı, təşəbbüskarlıq və məhsul inkişaf etdirmə bacarıqları STEAM ilə artırıla bilər. Nəticədə, vahid bir şəkildə müxtəlif sahələr üzrə karyera quran tələbə sayının artmasına şərait yaranır.