15 mart 2021-ci il tarixdə Naxçıvan Şahmat Mərkəzində “Qapalı debütlər haqqında məlumat” və “Məsələ həlli” mövzularında növbəti interaktiv dərs keçirilib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb.
Emin Hacıyev elektron şahmat proqramları, “Qapalı debütlər haqqında məlumat” və “Məsələ həlli” haqqında ətraflı məlumat verərək bildirib ki, müasir şahmatın öyrənilməsində elektron şahmat proqramlarından mütləq istifadə etmək lazımdır. “Lichess.org”, “chess.com” kimi internet səhifələrindən istifadə bu gün muxtar respublika məktəblərində geniş tətbiq olunur. Bundan başqa Naxçıvan Şahmat Federasiyasının “Youtube” səhifəsində dərslər yerləşdirilib və eyni zamanda CD formasında məktəblərə çatdırılıb.
Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri muzeylərdə təşkil olunan açıq dərs və sərgilərdə iştirak etmişlər.
Sədədərək Rayon Təhsil Şöbəsi, Şahmat Federasiyasının rayon bölməsi, Yevlax Şəhər Uşaq-Gənclər İdman Şahmat Məkətəbi və İzmir Deha Satranc Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan və Türkiyə şahmatçı şagirdləri arasında “Bir Millət İki Dövlət” devizi altında yoldaşlıq görüşü keçiriləcək.
13 mart 2021-ci il tarixdə Kəngərli rayonunda şahmat üzrə muxtar respublika komanda birinciliyi keçirilib.
Ayrı-ayrı fənlər, eləcə də incəsənətin müxtəlif sahələri və idman növləri üzrə istedadlı şagirdlərin olimpiadalara, bilik və idman yarışlarına cəlbinin daha da genişləndirilməsi, onların intellektual yarışlarda iştirakının təşviq və təşkil olunması məqsədilə Kəngərli rayon ümumtəhsil məktəblərində müxtəlif tədbirlər keçirilib.