Culfa rayon ümumtəhsil məktəblərində Xocalı soyqırımını unutmamaq, nəsildən-nəslə ötürərək yaddaşlarda həkk olunması məqsədilə bir sıra tədbirlər təşkil olunmuşdur. Culfa rayon Tarix-Diyarşünaslıq muzeyində Xocalı faciəsinin 29-cu ildönümünə həsr edilmiş “Xocalı faciəsi XX əsrin ən böyük soyqırımıdır” mövzusunda açıq dərs keçirilmişdir.
Tədbirdə bildirmişlər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları Rusiya ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının bölmələrinin yardımı və iştirakı ilə hərbi məntəqə kimi çox böyük əhəmiyyəti olan Xocalı şəhərində soyqırım törətdilər. Soyqırım zamanı qocalara, qadınlara, uşaqlara hətta körpələrə belə rəhm etmədilər. Xocalı soyqırımı təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir tarixi cinayətdir. Qeyd edilmişdir ki, Xocalı faciəsinə ilk siyasi qiyməti ümummilli lider Heydər Əliyev vermişdir.
Bu gün Babək rayon ümumtəhsil məktəblərində Xocalı soyqrımına həsr olunmuş tədbirlər keçirilmişdir.
Amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 29 il zaman məsafəsi ayırır.
25 fevral 2021-ci il tarixdə Kəngərli Rayon Uşaq-gənclər şahmat məktəbində Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının müəllimləri Beynəlxalq Qrossmeyster Urfan Sevdimaliyev və Beynəlxalq Usta Toğrul Həsənzadə rayonun 14 dərəcəli şahmatçısı ilə seans oyunu keçirib. Oyun 10-4 hesabı ilə müəllimlərin xeyrinə bitib.
Kəngərli və Sədərək Rayon Təhsil Şöbələrinin, Gənclər və İdman İdarəsinin, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasının Kəngərli rayon bölməsinin birgə təşkilatçılığı ilə Çalxanqala kənd tam orta məktəbinin idman zalında Kəngərli və Sədərək rayonunun oğlan və qızlardan ibarət voleybol idman klubları arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilib.