Aşıq poeziyasının, ümumən ədəbiyyatımızın ən uca zirvələrindən sayılan böyük ustadımız Aşıq Ələsgərin adı, yaradıcılığı xalqımız üçün əziz və doğmadır. Aşıq Ələsgər XIX əsrin müdrik ozanı, korifey sənətkarı kimi tarixə düşmüş, böyük istedad sahibi kimi xalqımızın əxlaqi sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənələrini, sevincini kədərini çox böyük ustalıqla öz əsərlərində əks etdirmişdir.
Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrini ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir.
Sədərək kənd 2 nömrəli tam orta məktəbdə Sədərək Rayon İcra Hakimiyyəti, Təhsil Şöbəsi, Polis Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə yetkinlik yaşına çatmayan uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi mövzusunda profilaktik tədbir keçirilib.
Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə Rayon Təhsil Şöbəsinin və Polis Şöbəsinin DYPQ-nin birgə təşkilatçılığı ilə 5 mart 2021-ci il tarixdə “Yol hərəkətinin təhlükəsizliyi” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə məktəblilərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verilib və yolda daha dəqiq olmaları tövsiyə edilib. Yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin vacibliyi vurğulanıb. Qeyd edilib ki, müvafiq tədbirlərin keçirilməsində başlıca məqsəd məktəblilərin təhlükəsizliyi yol hərəkəti ilə bağlı həyat və sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarətdir. Tədbirdə şagirdlərin yol hərəkəti nişanlarına aid fotostendlər əsasında müsabiqələr keçirilib, sualları düzgün cavablandıran qalib olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi 2020-2021-ci tədris ilində də hamiliyə verilmiş pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin nəzəri və praktik biliklərini artırmalarını diqqətdə saxlayır. Bu istiqamətdə görülən işlərin davamı olaraq Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji təcrübədə olan tələbələrin Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin innovativ dərnəklərinə ekskursiyaları təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında “Naxçıvanımızı tanıyaq” adlı müsabiqəyə start verilib. Müsabiqənin keçirilməsində məqsəd müasir Naxçıvanın inkişaf yolları, qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, görkəmli nümayəndələri haqqında şagirdlərin biliklərini artırmaq, onlarda Vətənə, torpağa bağlılıq hisslərini gücləndirmək və xüsusi istedada malik şagirdləri aşkara çıxarmaqdan ibarətdir.