Bildiyimiz kimi Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji ixtisaslar üzrə təhsil alan təcrübəçi tələbələrin öyrəndikləri nəzəri biliklərin tətbiqi yolu ilə ixtisaslarını dərindən mənimsəmələri və peşəkar müəllim kimi inkişaf etmələrinə şərait yaratmaq məqsədilə “Sabahın müəllimi” layihəsi davam edir. hər il olduğu kimi, bu tədris ilində də Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Universitetindən ümumilikdə 376 tələbə fevralın 16-dan mayın 22-dək Heydər Əliyev adına tam orta məktəbdə, Naxçıvan Qızlar Liseyində, Naxçıvan şəhər ümumtəhsil məktəblərində pedaqoji təcrübə keçirlər.
Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın zəngin hərb tarixi vardır. Ona görə də mən həmişə boş vaxtlarımda Naxçıvan şəhərində olan muzeylərimizə gedir, hərb tariximizlə bağlı məlumatlar əldə etməyə çalışıram. Çox maraqlandığım məsələlərdən biri doğma Naxçıvanımızın 1918-1920-ci illərdə erməni daşnaklarından necə müdafiə edilməsidir.
Fevralın 24-də Sədərək rayon məktəbliləri arasında dram müsabiqəsinin rayon mərhələsi keçirilib.
Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdləri Naxçıvan Dövlət Rəsm Qalereyasında “26 fevral - Xocalı Soyqırımı Günü”nə həsr olunmuş rəsm sərgisində iştirak ediblər.
23 fevral 2021-ci il tarixdə Babək Rayon Uşaq Gənclər Şahmat Məktəbində rayonun ümumtəhsil məktəblərində şahmat dərslərini tədris edən müəllimlərin rayon birinciliyi keçirilmişdir. Yarışda 22 şahmatçı iştirak etmişdir. Yarışın keçirilməsində məqsəd müəllimlərin peşə səviyyəsinin artırılması, istedadlı müəllimlərin müəyyənləşdirilməsi və Naxçıvan Muxtar Respublikası birinciliyinə namizədlərin seçilməsi idi. Babək Rayon Təhsil Şöbəsi və Babək Rayon Uşaq Gənclər Şahmat Məktəbi tərəfindən təşkil olunana yarış İsveçrə üsulu ilə keçirilmişdir. Oyun zamanı hər iştirakçıya 30 dəqiqə vaxt verilmişdir.