Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 19 fevral 2021-ci il tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində “Xocalı soyqırımı - XX əsrin faciəsi” mövzusunda açıq dərs keçirilib. Açıq dərsdə Naxçıvan Qızlar Liseyi, Naxçıvan şəhər 1, 2, 7 və 17 nömrəli tam orta məktəblər üzrə ümumilikdə 15 şagird iştirak edib.
Şahbuz Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən multukulturalizm və dini məsələlər üzrə komissiya üzvlərinin Kükü kənd tam orta məktəbinin pedaqoji kollektivi ilə görüşü təşkil edilib.
Təhsildə daim təkmilləşdirilməyə ehtiyac duyulan istiqamətlərdən biri təhsilin idarə olunmasıdır ki, onun da əsas istiqamətləri təlim-tərbiyə işinin düzgün planlaşdırılması, tədris-pedaqoji, məktəb sənədlərinin aparılması və saxlanması, kargüzarlığın təşkilidir. Bu mənada Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəbinə rəhbərliyin səviyyəsinin yüksəldilməsi, məktəb sənədlərinin və kargüzarlığın təlimata uyğun aparılması, dövlət nümunəli təhsil sənədlərinin vaxtında və düzgün işlənilməsi, sənəddəki məlumatların düzgünlüyü üçün vəzifəli şəxsin məsuliyyəti, eləcə də Şəhər və Rayon Təhsil şöbələrinin dövlət qulluqçularının əmək funksiyalarına dair seminarlar davam etdirilir.
Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdləri Hüseyn Cavidin Ev Muzeyində “Hüseyn Cavid irsinə Heydər Əliyev qayğısı” mövzusunda açıq dərsdə iştirak ediblər.
Culfa Rayon Təhsil Şöbəsi, İcra Hakimiyyəti və Culfa Rayon Prokurorluğunun birgə təşkilatçılığı ilə Təhsil Şöbəsinin akt zalında rayon ümumtəhsil məktəblərinin psixoloqları ilə “Məktəbdə psixoloji xidmətin təşkili” mövzusunda tədbir keçirilib.