Şahbuz şəhər 2 nömrəli tam orta məktəbdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 880 illik yubleyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözu ilə açan məktəbin direktoru Küşvər Quliyeva qeyd edib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvi dünyanın ən böyük sənət adamları ilə uca zirvədə dayanan sənətkarlardan biridir. Nizami Gəncəvi ədəbi irsinin bugün də dərindən öyrənilməsinə və məktəblilər arasında təbliğinə ehtiyac var. Biz bu gün də onun əsərlərindən bəhrələnir və onun əsərlərini sevə-sevə mütaliə edirik. Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Sitarə Hümbətova Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib, böyük şairin yazdığı poemaların və qəzəllərin şagirdlər tərəfindən mütaliə edilməsini onlara tövsiyə edib.
Şahbuz Rayon Təhsil Şöbəsi və Gənclər İdman İdarəsinin təşkilatçılığı ilə Kolanı kənd tam orta məktəbində ümümumtəhsil məktəblərinin komandaları arasında “Zəfərin 100 günü” devizi altında voleybol yarışı keçirilib.
Babək rayon Cəhri qəsəbə 2 nömrəli tam orta məktəbdə “21 fevral - Beynəlxalq Ana Dili Günü”nə həsr olunmuş şeir müsabiqəsi keçirilmişdir.
Ölkə prezidenti cənab İlham Əliyev Azərbaycanda 2021-ci ili dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi ili elan etmişdir.
Culfa şəhər 3 nömrəli tam orta məktəbin idman zalında Culfa Rayon Uşaq Gənclər İdman Məktəbi, Gənclər və İdman İdarəsi, Polis Şöbəsi və Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının Yerli Rayon Bölməsinin birgə birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında rayon ümumtəhsil məktəblərinin idman klubları arasında basketbol üzrə yoldaşlıq görüşü keçirilmişdir.