17 fevral 2021-ci il tarixdə Culfa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbdə “21 fevral - Beynəlxalq Ana Dili Günü”nə həsr edilmiş VIII-XI sinif şagirdləri arasında “Ana dilim şirindir” mövzusunda bilik yarışı keçirilib. Yarışın keçirilməsində məqsəd şagirdlərə ana dilimizin zənginliyini, tarixini öyrətmək və məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.
Sədərək və Kəngərli Rayon Təhsil Şöbələrinin və Uşaq Gənclər İdman məktəblərinin birgə təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbin idman zalında voleybol idman növü üzrə yeni yaradılmış idman klublarının qızlardan ibarət komandaları arasında yoldaşlıq görüşü keçirilib.
Babək rayon ümumtəhsil məktəblərində şagirdlərin asudə vaxtlarının səmərəli istifadəsi, onlarda mütaliə vərdişlərinin formalaşdırılması və şagirdlərin bilik və bacarıqlarının artırılması daim diqqət mərkəzində saxlanılır, bu məqsədlə müxtəlif tədbirlər təşkil olunur. Belə tədbirlərdən biri də bu gün Babək rayon Naxışnərgiz kənd tam orta məktəbində təşkil olunan məktəblilərarası şahmat yarışıdır.
16 fevral 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin kitabxanasında “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş Qurban Səidin “Əli və Nino” romanının müzakirəsi keçirilib.
Ordubad Rayon Təhsil Şöbəsi və Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Uşaq Gənclər Yaradıcılıq Mərkəzində “Riyazi məntiq” dərnəyində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların məntiqi təfəkkürünün inkişafı məqsədilə yarış keçirilib.