Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” mövzusunda onlayn tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin elmi katibi Nihad Tarverdiyev qeyd edib ki, qədim tarixə malik Naxçıvan diyarı Azərbaycan dövlətçiliyinin formalaşmasında, XX əsrin sonunda mübarizələrlə dolu şanlı tarixə malik xalqımızın yenidən öz müqəddəs amalına - istiqlalına qovuşmasında əvəzsiz xidmətlər göstərmişdir. Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda, parlaq inkişaf yolu keçmişdir.
Qabıllı kənd tam orta məktəbində Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabının müzakirəsi keçirilib. Müzakirənin keçirilməsində əsas məqsəd şagirdlərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması, məktəblilərin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqında məlumatlılıq səviyyəsi, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətinin öyrənilməsi və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdlərin aşkara çıxarılıb qiymətləndirilməsindən ibarət olub.
Qarabağlar kənd 2 nömrəli tam orta məktəbində “21 fevral- Beynəlxalq Ana Dili Günü” münasibətilə “Azərbaycan dili milli varlığımızdır” mövzusunda şeir müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin bilik dairəsinin genişləndirilməsi, mütaliənin təbliği, kitabxanalara marağın artırılması, həmçinin istedadlı uşaqların aşkarlanması və Azərbaycan ədəbiyyatına marağın artırılmasından ibarətdir.
Ordubad rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında şagirdlərdə mütaliə və nitq mədəniyyətinin formalaşdırılması, onların özünü cəmiyyətdə müstəqil şəkildə düzgün ifadə etmələri məqsədilə keçirilən “Dram” müsabiqəsinin rayon mərhələsi təşkil olunub.
19 fevral 2021-ci il tarixdə Ordubad Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ordubad Rayon Nüsnüs kənd tam orta məktəbində “Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri” mövzusunda seminar keçirilib.