Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin komandaları arasında bilik yarışı keçirilib.
Yarış başlamamışdan öncə Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Orucova iki ildir yerinə yetirilən “Sabahın tədqiqatçıları” layihəsi haqqında ətraflı məlumat verib. Bildirib ki, istedadlı və qabiliyyətli şagirdlərin bu cür araşdırma xarakterli layihələrdə iştirakları onların gələcək həyatında da müsbət rol oynayacaq.