Sədərək rayonununda yaradılmış idman klublarının təqdimatı keçirilmişdir

Sədərək rayonununda şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzindədir. Bu işlərin davamı olaraq Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində idman klubları yaradılmışdır. Yanvarın 7-də Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək rayonununda yaradılmış idman klublarının təqdimatı keçirilmişdir.

Ardını oxu...

Naxçıvanda təhsil televiziyası və radiosunun təqdimatı olub

Yanvarın 8-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilən Televiziya və Radio Verilişləri Redaksiyasının təqdimatı keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Artıq “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu təhsillə bağlı televiziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirəcək, muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcəkdir.

Ardını oxu...

otk.az portalı vasitəsilə müxtəlif növ onlayn sınaq imtahanları keçirilir

Dövlət imtahan Mərkəzi tərəfindən otk.az portalı vasitəsilə müxtəlif növ onlayn sınaq imtahanları keçirilir.

İstifadəçilər portalda fənlər və siniflərin hər bir mövzusu üzrə sınaq imtahanları vermək imkanına da malikdirlər.

Bu onlayn test bankında ümumilikdə 28535 test tapşırığı toplanıb.

Ardını oxu...

Ürəklərdə yaşayan dahi

İnsan var doğulduğu ölkəyə görə tanınır. İnsan da var doğulduğu ölkəsini dünyaya tanıtdırır. Heydər Əliyev məhz doğulduğu ölkəni dünyaya tanıdan müdrik şəxsiyyətlərdəndir. Bu dahi insan 10 may 1923-cü ildə gözəl bir yaz səhərində qədim diyarımız Naxçıvanda dünyaya göz açmışdır. Sanki anası onu bütövlükdə Azərbaycan üçün dünyaya gətirmişdi.

Ardını oxu...

Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırması üçün 14 yanvar - 16 aprel 2021-ci il tarixlərdə keçiriləcək test imtahanlarının qrafiki

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırması üçün 14 yanvar-16 aprel 2021-ci il tarixlərdə keçiriləcək test imtahanlarının QRAFİKİ ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

"muellimler_sertifikasiya_2021.php"

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg