Şagird və abituriyentlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzinin nəşrlərini (“Abituriyent” jurnalının buraxılışları və ona əlavələri – yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları, test topluları, dərs vəsaitləri və s.) abiturient.az saytında bank kartı vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz.

İstifadəçi almaq istədiyi nəşrləri “Zənbilə əlavə et” düyməsini basmaqla seçdikdən sonra “Zənbil”inə daxil olur. Burada seçilən kitablar və onların nüsxələrinin sayı, həmçinin ödəniləcək məbləğ öz əksini tapır. Dəqiqləşdirmə aparıldıqdan sonra “Təsdiqlə” düyməsi seçilir və açılan pəncərədə tələb olunan bütün məlumatlar – məhsulun göndəriləcəyi şəhər və ya rayon, sifarişçinin ad, soyad, ata adı, telefon nömrələri və ünvan qeyd olunur. Ödəniş isə bank kartı vasitəsilə həyata keçirilir.

Ardını oxu...

Ali Məclisin Sədri məruzə etdi

Dekabrın 30-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilib.

Sessiyada Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2020-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları barədə məruzə edib.

Ardını oxu...

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilib

Dekabrın 30-da altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilib.

Sessiyanın gündəliyinə aşağıdakı məsələlər verilib.

Ardını oxu...

IV Qrant müsabiqəsi üzrə “Ümumtəhsil məktəblərində ibtidai təhsil səviyyəsində alqoritmləşdirmə və proqramlaşdırma təfəkkürünün formalaşması” layihəsinin birinci mərhələsi uğurla başa çatıb

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə keçirilən IV qrant müsabiqəsində ilk dəfə olaraq muxtar respublika müəllimləri 27 layihə ilə iştirak etmiş, onlardan 5-i uğur qazanmışdır. 2020-2021-ci tədris ilindən layihələrin icrasına başlanılıb. Həmin layihələrdən biri də “Ümumtəhsil məktəblərində ibtidai təhsil səviyyəsində alqoritmləşdirmə və proqramlaşdırma təfəkkürünün formalaşması” layihəsidir.

Ardını oxu...

Təhsil şöbələrinin məsul şəxslərinin, buraxılış sinif şagirdlərinin və onların valideynlərinin nəzərinə!

Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış sinif şagirdlərinin fərdi və təhsilə aid məlumatlarının “Şagird-məzun” sisteminə əlavə edilməsi zamanı aşağıda qeyd olunan dəyişikliklər nəzərdə tutulmuşdur:

1. Fərdi məlumatları “Şagird-məzun” sisteminə artıq daxil edilərək qeydiyyatdan keçmiş, lakin şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddəti bitən şagirdlər həmin sənədlə buraxılış imtahanlarında iştirak edə biləcək;

2. 01.09.2020-ci il tarixindən sonrakı müddətdə  şəxsiyyətini təsdiq edən sənədinin etibarlılıq müddəti bitən şagirdlərin müvafiq məlumatlarının həmin sənəddə göstərilən şəkildə “Şagird-məzun” sisteminə daxil edilməsi mümkün olacaq;

3. Buraxılış sinif şagirdləri haqqında məlumatların “Şagird-məzun” sisteminə daxil edilməsi müddəti 2021-ci il fevral ayının sonunadək uzadılacaq.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg