Azərbaycan təhsilinin və elminin qarşısında duran əsas vəzifələrdən biri cəmiyyətin bugünkü inkişaf səviyyəsinə adekvat olan yüksəkixtisaslı kadrların hazırlanmasından ibarətdir. Həmin kadrların müasir təfəkkürlü və kreativ düşüncəli, səriştəyə çevrilə bilən bilik və bacarıqlara malik olması, praktik vərdişlərlə müşayiət edilən nəzəri biliklər qazanması olduqca vacibdir. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikasının iqtisadi inkişaf strategiyası xammala əsaslanan iqtisadiyyatdan yüksək texnologiyalara, innovasiyalara əsaslanan iqtisadiyyata keçidi nəzərdə tutur. Enerji resurslarının ixracından əldə edilən vəsaitlər qeyri-neft sektorunun formalaşmasına, insan kapitalının inkişafına yönəlir. Ölkəmizdə reallaşan “qara qızılı insan kapitalına çevirmək” siyasəti dünyanın müasir inkişaf meyillərinə uyğundur, çünki bu gün hər hansı ölkənin zənginliyi onun insanlarının təhsil səviyyəsi ilə ölçülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi: “İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir. Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olması tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik”.
Ayda bir dəfə olmaqla muxtar respublika ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişini təşkil etmək məqsədi ilə film nümayişi təşkil olunur. 11 yanvar 2021-ci il tarixdə Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər ümumtəhsil məktəblərindən 4, 6 və 11 nömrəli tam orta məkətblərin şagirdlərinə “Hüseyn Xan Naxçıvanski (Qayıdış)” sənədli filminin nümayişi təşkil olunmuşdur.
Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə 11-15 yanvar 2021-ci il tarixləri əhatə edən məktəblilərin dram müsabiqəsinin məktəb mərhələsinə start verilib.
Yanvarın 12-si Naxçıvan Dövlət Texniki Kollecində “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabının təqdimatı ilə bağlı tədbir keçirilib.
Yanvarın 9-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən eksternat qaydada aralıq imtahanı keçirilib. İmtahanda müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən və həmin səviyyə üzrə buraxılış imtahanı verərək attestat almaq istəyən namizədlər iştirak edib.