Qeyd edək ki, 9-cu siniflərə aid olan jurnalda ümumi orta təhsil səviyyəsində yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) Təhsil Nazirliyi ilə razılaşdırılmış yeni modeli də dərc edilib. 2021-ci ildə 9-cu siniflər üzrə buraxılış imtahanları yeni imtahan modeli əsasında bir mərhələdə həyata keçiriləcəkdir. İmtahanda şagirdlərə tədris dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 25, xarici dil fənni üzrə 30 tapşırıq olmaqla, ümumilikdə 85 tapşırıq təqdim olunacaq.
11-ci sinif buraxılış imtahanı (qəbul imtahanının birinci mərhələsi) modelində hər hansı bir dəyişiklik nəzərdə tutulmur.
Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi-texniki biliklərin gündəlik həyatda necə tətbiq olunmasından ibarətdir. Bu təlim metodu Azərbaycan təhsilinə müstəqil düşünə bilən, karyera seçimini şüurlu şəkildə etməyi bacaran, gələcəkdə öz bacarıqlarını əmtəəyə, dəyərə çevirə bilən, sahibkarlıq ruhu olan gənclərin yetişməsinə səbəb olacaq. Ümumiyyətlə, təhsilə qoyulan investisiyanın, gətirilən yeni təlim metodlarının müsbət təsiri çoxdur. Burada qazanan həmişə şagirdlərdir. Şagirdlər quru ənənəvi dərsdənsə, fəaliyyətdə olub qurma, yeni texnologiyalar ilə işləməyi sevirlər.
“İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi və “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda V muxtar respublika yaradıcılıq müsabiqəsinin qalibləri müəyyən olub.
Dekabrın 25-də Sədərək Rayon Tarix Diyarşünaslıq Muzeyində “Qarabağ Azərbaycandır” mövzusunda açıq dərs keçirilib.