Bu gün Şahtaxtı kəndində yerləşən Şərq hamamında Qıvraq qəsəbə tam orta məktəbinin şagirdləri üçün açıq dərs təşkil olunub.
Bələdçi açıq dərsdə şagirdlərə Şərq hamamının tarixi və quruluşu haqqında geniş məlumat verib. Qeyd edib ki, hamam yaşlı nəslin dediyinə görə XIX əsrin II yarısında İsa Sultan Şahtaxtılının babası İsa Sultan tərəfindən tikdirilmişdir. Hamam düzbucaqlı formada, 20 x 10,5 x 6,4 metr ölçüdədir. Ümumi sahəsi 210 m² olan hamamın soyunma, yuyunma zalları, onlara birləşdirilən köməkçi otaqlar və ocaqxana, üç sferik günbəzlə örtülüb. Su mənbəyinin yüksəkdə yerləşməsi hamamın su ehtiyacını asanlaşdırmışdır. Soyunma və yuyunma zalı bir-biri ilə kiçik tamburlar vasitəsilə birləşir.
Yanvarın 14-də Sədərək Rayon Təhsil Şöbəsinin Təşkilatçılığı ilə Sədərək kənd 2 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq “Oxunması zəruri olan kitablar siyahısı”na daxil olan Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasının müzakirəsi keçirilib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
Naxçıvanşünaslıq Mərkəzində 13 yanvar 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Naxçıvan dünən və bu gün” mövzusunda şagirdlər üçün açıq dərs keçirilmişdir.
Muxtar respublikada STEAM təlim metodunun tətbiqinə ilk dəfə Şərur rayon Qarabürc kənd ümumi orta məktəbində başlanılmışdır. Yaradılan STEAM kabinəsi elektron lövhə, 2 kompüter, 3D printer, micro:bit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təmin olunmuşdur.