23 dekabr 2020-ci il tarixdə STEAM təlim kurslarında “Əməliyyat oyunu” və “Öz təhlükəsizlik sisteminizi qurun” mövzusunda dərs keçirilmişdir. Təlim zamanı müəllimlər proqramın kodlaşdırma və qurma hissəsi ilə eyni zamanda fərqli proqram blokları ilə tanış olublar. Kodlaşdırma hissəsini bitirdikdən sonra müəllimlər fiziki hissə, yəni batareyaları batareya qutusunun içərisinə yerləşdirdikdən sonra Mikrobit ilə birləşdirərək prototip hazırlayıblar.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə Uşaq-Gənclər İnkişaf mərkəzləri arasında 25 noyabr - 22 dekabr tarixlərini əhatə edən “Qayıdış” onlayn rəsm müsabiqəsi keçirilib.
Naxçıvan Qarnizonu tam orta məktəbində şagirdlərin azərbaycançılıq məfkurəsi və milli vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə “Vətənimizə xidmət edək” layihəsi çərçivəsində müasir İKT innovasiyaları tətbiq etməklə açıq dərslər keçirilir.
22 dekabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon Bölməsi, Sədərək Rayon Təhsil Şöbəsi, Uşaq-Gənclər Şahmat Məktəbi və Yevlax Şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” ilə əlaqədar olaraq “Həmrəylik” devizi altında yoldaşlıq görüşü keçirilib.
Muxtar respublikada bütün sahələr kimi, təhsil də dövlət qayğısı ilə əhatə olunub. Təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi, müasir kompüter və elektron lövhələrlə təchizatı, laboratoriya və fənn kabinələrinin zəruri avadanlıqlarla təmin olunması, kitabxana fondlarının zənginləşdirilməsi tədrisin yüksək səviyyədə təşkilinə geniş imkanlar açmışdır. Başa vurduğumuz 2020-ci il də bir sıra təhsil nailiyyətləri ilə tarixə yazıldı.