25 dekabr 2020-ci il tarixdə bütün muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan şagirdlər üçün sınaq imtahanı keçirilib. Sınaq imtahanı buraxılış imtahanı formatında təşkil edilib.
Sınaq imtahanında IX siniflər üçün Azərbaycan dili fənni üzrə 2 mətn - hər mətndən 5 qapalı, 5 açıq test tapşırıqları, Xarici dil üzrə 1 dinləmə mətni və 1 yazılı mətn olmaqla 15 test tapşırığı, Riyaziyyat fənni üzrə isə 10 açıq test tapşırığı verilib.
Ordubad şəhər İnternat tam orta məktəbində sosial qayğıya ehtiyacı olan məktəblilərlə görüş keçirilib.
Sədərək kənd 1 nömrəli tam orta məktəbdə Sədərək Rayon Təhsil Şöbəsi, Polis Şöbəsi, Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yetkinlik yaşına çatmayan uşaqların milli mənəvi dəyərlər və vətənpərvər ruhda tərbiyə edilməsi, asudə vaxtlarında idman yarışlarının təşkil edilməsi və idmana cəlb edilmələri məqsədilə profilaktik tədbir keçirilib.
2021-2022-ci tədris ili üçün yenidən nəşr olunacaq II və VI sinif dərsliklərin müzakirəsi davam edir. Prosesin davamı kimi qrafikə uyğun olaraq dekabrın 24-də VI sinif Riyaziyyat dərsliyinin nəşrqabağı təkmilləşdirilməsinə dair müzakirə aparılıb. Müzakirə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən onlayn qaydada keçirilib.
Heydər Əliyev Muzeyində 24 dekabr 2020-ci il tarixdə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin 15 şagirdinin iştirakı ilə növbəti açıq dərs keçirilib.