Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 110 nömrəli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”na uyğun olaraq Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində işləyən, əsasən attestasiya imtahanının beş ili tamam olan təhsilverənlər üçün Rayon Təhsil Şöbəsi təşkilatçılığı və Bist kənd tam orta məktəbinin direktoru, kurikulum üzrə təlimçi Sahil Əlizadənin dəstəyi ilə kurikulum və pedaqogika üzrə onlayn kurslar təşkil olunub. 22 iyul 2020-ci il tarixdən start götürən kurslar 22 dekabr 2020-ci il tarixdə yekunlaşıb.
24 dekabr 2020-ci il tarixdə Babək Rayon Uşaq-Gənclər Şahmat məktəbində “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş şahmat üzrə seans oyunu keçirilib.
Naxçıvan Şəhər Peşə Liseyində 22 dekabr 2020-ci il tarixdə “Yol Hərəkəti qaydaları uşaqların gözü” ilə adlı tədbir keçirilib.
Muxtar respublika fənn olimpiadasının və “Ürəklərdə yaşayan dahi” mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.