Dekabrın 19-da Şahbuz Rayon Təhsil Şöbəsinin kollektivi Xalq şairi Məmməd Arazın Nursu kəndində yaradılmış Ev muzeyində olub.
Şairin zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzeydə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Bildirilib ki, şairin müxtəlif illərdə nəşr olunan kitabları, şair haqqında görkəmli şəxsiyyətlərin xatirələri, mənalı həyat yolunun müxtəlif illərini əks etdirən fotoşəkilləri və digər materiallar muzeydə sərgilənir.
Muxtar respublikada gözdən əlil uşaqları təhsilə cəlb etmək, bu sahədə dövlət qayğısını daha da artırmaq məqsədi ilə Naxçıvan Muxtar Respublikası Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin yaradılması sosial qayğıya ehtiyacı olan uşaqlara dövlətimizin xüsusi diqqətindən irəli gəlmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi diqqət və qayğısı ilə məktəbin maddi-texniki bazası möhkəmləndirilmiş, bu kateqoriyadan olan uşaqların təhsil alması üçün məktəb lazımi avadanlıqlarla təchiz olunmuşdur. Məktəbin şagirdlərinin müxtəlif tədbir və yarışlarda iştirakı daim təşkil olunmuş, uşaqlar iştirak etdikləri tədbirlərdə dəfələrlə diplom və hədiyyələrlə təltif olunmuşlar. Hazırda məktəbdə 9 uşaq təhsil alır.
Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon Bölməsi, Sədərək Rayon Təhsil Şöbəsi, Uşaq-Gənclər Şahmat Məktəbi və Yevlax Şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” ilə əlaqədar olaraq “Həmrəylik” devizi altında 22 dekabr 2020-ci il tarixdə yoldaşlıq görüşü keçiriləcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim diyarımızın tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır.
30 ilə yaxın idi ki, ermənilər tərəfindən torpaqlarımızın 20 faizi işğal edilmişdir. Həmin torpaqların işğaldan azad edilməsi xalqımızın mərd igid oğullarının borcu idi.