Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan ordusu tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımız azad olundu. Bu müharibədə xalqımız yüzlərlə şəhid verdi, yaralanan hərbi qulluqçularımız oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb, normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq...".
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin kollektivi Xatirə muzeyində olub. Bələdçi bildirib ki, hazırda muzeydə 2000-dən çox eksponat var.
“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Babək rayonunda da uğurla icra olunur, kompleks-quruculuq tədbirləri həyata keçirilir. İstifadəyə verilən müasir sosial obyektlər əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, Babək rayonunu da müasir yaşayış məntəqəsinə çevirib, məskunlaşma artıb, rayon mərkəzi və kəndlər böyüyüb. Bu il Babək qəsəbəsinə şəhər, Nehrəm və Cəhri kəndlərinə isə qəsəbə statusu verilib. Rayonda sahibkarlıq subyektlərinin və ailə təsərrüfatlarının sayının artması istehsal olunan məhsulların satışını da zərurətə çevirib, Babək şəhərində müasir bazar kompleksi tikilib.
Culfa Rayon Təhsil Şöbəsinin metodkabinetinin təşəbbüsü ilə 17 dekabr 2020-ci il tarixdə Culfa şəhər 3 nömrəli tam orta məktəbin IX sinfində “Orqanizmin çoxalma formaları” mövzusunda açıq dərs keçirilib. Məktəbin biologiya müəllimi Gündüz Cabbarovun apardığı açıq dərsdə Təhsil Şöbəsinin əməkdaşları da iştirak edib.