Azərbaycan xalqının ulu öndərinin adını daşıyan Heydər Əliyev Muzeyində 17 dekabr 2020-ci il tarixdə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə növbəti açıq dərs keçirilmişdir.
Muzeyin əməkdaşı tərəfindən “Heydər Əliyev və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” mövzusunda keçirilən açıq dərsdə bildirilmişdir ki, “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın və həmvətənlilərimizin respublikamızla əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin yaradılması işində mühüm rol oynamaqdadır. “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nün qeyd edilməsi isə bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə çevrilmişdi.
Bu gün Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbində rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında II Qarabağ müharibəsinə həsr olunmuş “Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Dekabrın 18-də Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbində ümumi təhsil müəssisələrində yol hərəkətinin təhlükəsizliyinin təbliği, təşviqi və maarifləndirmə işinin səmərəli təşkili məqsədilə təbliğat-təşviqat işinin təşkili ilə bağlı Sədərək Rayon Təhsil Şöbəsinin və Dövlət Yol Polisi İdarəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil Şöbəsinin, Dövlət Yol Polisi İdarəsinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak edib.
Naxçıvan Muxtar Respublikasında yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün tədbirlər planına uyğun olaraq 18 dekabr 2020-ci il tarixdə Naxçıvan şəhər ümumtəhsil məktəblərində tədbirlər keçirilmişdir.
Dekabrın 18-də Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının ümumi yığıncağı keçirilib.