Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı yüksək ixtisaslı kadr hazırlığı ilə yanaşı, innovasiyaların yaradılması istiqamətində yeni vəzifələrin müəyyənləşdirilməsində də əsas rol oynamışdır. Sərəncam təhsilin inkişafında yeni mərhələnin əsasını qoymuş, təhsil müəssisələrində yaradıcı düşüncənin və inkişafa xidmət edən layihələrin hazırlanmasına və tətbiqinə geniş imkanlar açmışdır.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Ürəklərdə yaşayan dahi” mövzusunda şeir müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyev irsinin gənc nəslə öyrədilməsi, şagirdlərin istedad və yaradıcılıq potensialının inkişaf etdirilməsi, məktəblilərə Vətənə sevgi və məhəbbət hisslərinin aşılanması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələndirilməsinin təmin edilməsi olub.
Dekabrın 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi ilə görüşüb.
Heydər Əliyev Muzeyində 3 dekabr 2020-ci il tarixdə Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin 15 şagirdinin iştirakı ilə növbəti açıq dərs
Sədərək kənd 2 nömrəli tam orta məktəbin VII sinfində Coğrafiya fənnindən “Xarici amillərin relyefə təsiri” mövzusunda açıq dərs keçirilib.