Noyabrın 28-də Naxçıvan Şəhər Şahmat Mərkəzində Tempo turnir keçirilib. Muxtar respublika şahmatçıları arasında keçirilən yarışın məqsədi şahmatın kütləviliyini təmin etməklə yanaşı bu idman növü üzrə azyaşlı şahmatçıların təcrübəsini artırmaqdır. Naxçıvan Şəhər Şahmat Mərkəzində hər ayın sonuncu həftəsinin şənbə günü ənənəvi olaraq keçirilən tempo turnirlərində beynəlxalq səviyyəli usta şahmatçılar, müəllimlər, şagirdlər qarşılaşır.
Əkinçiliyin inkişafı sahəsində həyata keçirilən tədbirlər sırasında müasir yeni irriqasiya sistemlərinin qurulması mühüm əhəmiyyət daşıyır. Hər il muxtar respublikada bu istiqamətdə silsilə tədbirlər görülür, mütərəqqi suvarma şəbəkələri tikilir, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır. Su təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafı ilə yanaşı, torpaq ehtiyatlarının qorunmasına da şərait yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair" Tədbirlər Planına uyğun olaraq bu sahədə işlər davam etdirilir, yeni nasos stansiyaları tikilir.
Naxçıvan Muxtar Respublikasında dəqiq və humanitar fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Bu baxımdan hər il muxtar respublikada keçirilən fənn olimpiadaları ayrı-ayrı fənlər üzrə istedad və hazırlıqları ilə seçilən şagirdlərin aşkar edilməsində mühüm əhəmiyyət kəsb edir. Olimpiadaların təşkil edilməsində məqsəd xüsusi istedadlı uşaqların üzə çıxarılması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan Döyüş Şöhrəti Muzeyində növbəti açıq dərs keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “İkinci Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaqdır. Bu qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir... Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına, hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına qazanmışıq”.