Ordubad məktəbliləri kütləvi profilaktik müayinələrdən keçirilib

Kütləvi profilaktik  müayinələrə  Ordubad rayonunun Yuxarı Əylis kənd tam orta məktəbinin  şagirdləri cəlb olunub.

Rayon Mərkəzi Xəstəxanasının pediatr, stomatoloq, cərrah-ortoped və digər ixtisaslı həkimlərdən ibarət heyəti məktəbin 61 şagirdini müayinədən keçirib. Xəstə­liyi dəqiqləşdirilən şagirdlər üçün müvafiq konsultasiyalar, eləcə də lazımi müalicə tədbirləri təşkil olunub.16 şagird dispanser qeydiyyatına alınıb.

Müayinələr dekabrın 31-dək davam etdiriləcək.

Ardını oxu...

Təhsil Nazirliyində “Huawei” şirkətinin əməkdaşları ilə görüş olub

Təhsil Nazirliyində “Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrini əhatə edən interaktiv tədris üçün müvafiq avadanlıq və kompüter proqramının təqdim edilməsi layihəsi” çərçivəsində “Huawei” şirkətinin Azərbaycan üzrə baş ofisinin icraçı direktoru Lu Canlin və nümayəndə heyəti ilə görüş olub. Görüşdə layihə üzərində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində interaktiv və elektron tədris vasitələrindən istifadə imkanının yaradılması məqsədilə müzakirələr və danışıqlar aparılıb.

Ardını oxu...

Ürəklərdə yaşayan dahi

Hər bir insanı digərlərindən fərqləndirən, ucaldan xüsusiyyətləri vardır. Vətənpərvərvərlik, xeyirxahlıq, fədakarlıq və s. kimi insanı ideallaşdıran xüsusiyyətlər. Lakin hər insan bunlara sahib olmaqla bir dahiyə çevrilib insanların ürəklərində əbədi yer tuta bilməz. Biz Azərbaycan vətəndaşları olaraq qəlbimizdə həmişə bir dahini yaşadırıq. Elə bir dahi ki, bu gün onun əsasını qoyduğu vahid və müstəqil dövlətdə yaşayırıq. Bu dahi əlbəttə ki, Heydər Əlirza oğlu Əliyevdən başqası ola bilməz. Böyükdən kiçiyə hər kəsin dilinin əzbəri olan bu şəxs dünya azərbaycanlılarını vahid ad altında birləşdirdi, xalqımıza müstəqillik qazandırdı, dövlətimizi dünyaya tanıtdı. Bir dövlət kimi formalaşmağımız üçün elm, təhsil, mədəniyyət, iqtisadiyyat bir sözlə bütün sahələrdə əvəzolunmaz addımlar atdı.

Ardını oxu...

Sədərək rayon məktəbliləri arasında şahmat üzrə yoldaşlıq görüşü keçirilib

11 dekabr 2020-ci il tarixdə Sədərək kənd 1 nömrəli və 2 nömrəli tam orta məktəblərində Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyasının Sədərək Rayon Bölməsi və Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə "Ürəklərdə yaşayan dahi" devizi altında ümumtəhsil məktəblərinin V və IX sinif şagirdləri arasında yoldaşlıq görüşü keçirilib.

Ardını oxu...

Şagirdlər üçün maarifləndirici söhbət aparılıb

Naxçıvan Şəhər Təhsil Şöbəsi, Polis İdarəsi və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 16 və 1 nömrəli tam orta məktəblərin IX-XI sinif şagirdləri üçün maarifləndirici görüş keçirilmişdir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg