Naxçıvan məktəblilərinə “Əbədiyaşar lider” mövzusunda interaktiv dərs keçirilib

Muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi arasında təşkil olunan dərsi bölmənin sədri, akademik İsmayıl Hacıyev keçib. Dərsdə Heydər Əliyev muzeyi ilə də interaktiv əlaqə yaradılıb. 200-dən artıq ümumtəhsil müəssisəsinin canlı bağlantı vasitəsilə iştirak etdiyi interaktiv dərsdə ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verilib.

Ardını oxu...

Şahmat üzrə tempo turniri keçirilib

Şahbuz Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Şahbuz Rayon Uşaq-Gənclər Şahmat Məktəbində rayon ümumtəhsil məktəblərinin istedadlı şahmatçı şagirdləri arasında "Zəfər bizimdir, Qarabağ Azərbaycandır!" devizi altında tempo yarışı keçirilib. İsveçrə sistemi  üzrə 7 turdan ibarət yarışın yekun nəticəsinə görə 1-ci yerə Şahin Əliyev, 2-ci yerə Fatimə Yusifli, 3-cü yerə Zamin Məhərrəmli layiq görülüb.İlk 10 yeri tutan yarış iştirakçılarına pul mükafatları və yarış təşkilatçılarının diplomları təqdim olunub.

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş rayon birinciliyi keçirilib

Bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsi, Kəngərli Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş ümumtəhsil məktəblərinin komandaları arasında şahmat üzrə rayon birinciliyi keçirilib. Yarışda 10 yaşadək  şahmatçılar iştirak edib.

Ardını oxu...

Ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Heydər Əliyev və Naxçıvan” sənədli filmi nümayiş olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri üçün Naxçıvan Televiziyasının hazırladığı “Heydər Əliyev və Naxçıvan” sənədli filmi nümayiş olunub.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində nümayiş olunan filmdə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan naminə həyata keçirdiyi məqsədyönlü tədbirlərdən geniş bəhs olunur.

Ardını oxu...

Muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ürəklərdə yaşayan dahi” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Muxtar respublika ümumtəhsil məktəbliləri arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı bir sıra müxtəlif müsabiqə və tədbirlər keçirilir. Belə tədbirlərdən biri də artıq ənənə halını alan muxtar respublika məktəblilərinin inşa yazı müsabiqəsidir. 11 dekabrın 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Ürəklərdə yaşayan dahi” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg