“Sabahın tədqiqatçıları”: şagirdlər alimlərlə birlikdə cari tədris ilində də elmi tədqiqat aparacaqlar

Noyabrın 27-si Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “Sabahın tədqiqatçıları” layihəsinin icrası ilə bağlı tədbir keçirilib.

Tədbirdə Təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısından danışaraq qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada təhsil infrastrukturu yenilənmiş, müasir tipli yeni məktəb binaları inşa edilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, təlim-tədris prosesi üçün yüksək tədris şəraiti yaradılmışdır. Ümumtəhsil məktəblərində müasir laboratoriyaların, elektron lövhəli siniflərin, kompüter otaqlarının və fənn kabinələrinin yaradılması, kitabxanaların dərslik və bədii ədəbiyyatlarla təmin edilməsi təhsilin inkişafına güclü təkan vermişdir.

Ardını oxu...

Naxçıvanda şəhidlərə böyük ehtiram göstərilir

Vətən yolunda şəhid olanlar əbədiyaşardırlar

Şanlı tariximizə yazılan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini və yenilməzliyini bir daha dünyaya nümayiş etdirdi. 30 il ərzində sülh yolu ilə geri alınmasına nail ola bilmədiyimiz torpaqlarımız ölkə başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu tərəfindən 44 gün ərzində düşməndən azad edildi. Çünki bu, bizim haqq işimiz idi. Ümummilli liderimiz Heydər Əliyevin də dediyi kimi: "Tarix həmişə hər şeyi öz yerinə qoyur".

Ardını oxu...

Culfa rayonunda Külək-Günəş Hibrid Elektrik Stansiyası tikilir

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Culfa rayonunun ərazisində tikilən 1 meqavatlıq Külək-Günəş Hibrid Elektrik Stansiyasında görülən işlərlə maraqlanıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev bildirib ki, ərazidə günəş panellərinin yerləşdirilməsi üçün dəmir strukturlar quraşdırılıb, külək turbinlərinin bünövrəsi qoyulur. Həmçinin burada yarımstansiya tikilir.

Ali Məclisin Sədri ərazinin çəpərlənməsi, müşahidə kameralarının quraşdırılması, lazım olan materialların sifariş verilməsi, günəş su qızdırıcılarının kəndlərdə ardıcıl quraşdırılması ilə bağlı tapşırıqlar verib.

Culfa şəhərində 11 yaşayış binası yenidən qurulub

Noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov Culfa şəhərində yenidənqurmadan sonra istifadəyə verilən yaşayış binalarında görülən işlərlə tanış olub.

Məlumat verilib ki, 11 yaşayış binası yenidən qurulub, həyətləri abadlaşdırılıb, binaların ətrafındakı yollara asfalt qatı verilib.

Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev yaradılan şəraitə görə rayon sakinləri adından minnətdarlıq edib.

Ali Məclisin Sədri yaradılanların qorunması ilə bağlı tapşırıq verib.

Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar təhsil müəssisələri yeni binada fəaliyyət göstərəcək

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Müstəqil dövlətdə yaşayan hər bir gənc birinci növbədə yaxşı təhsil almalı, vətənpərvərlik əhval-ruhiyyəsi ilə tərbiyə olunmalıdır”. Muxtar respublikada bütün sahələr kimi, təhsil də qayğı  ilə əhatə olunmuşdur. Bunun nəticəsidir ki, ötən illərdə 200-dən çox təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Təhsil müəssisələrində elektron təhsilin təşkili, elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin yaradılması, nümunəvi dərslərin keçirilməsi, innovasiyaların tətbiqi şagirdlərin biliklərinin artırılmasında, vətənpərvərlik və milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

Noyabrın 26-da Culfa Rayon Təhsil Şöbəsinin yeni binası istifadəyə verilib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg