Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, “Muzey günləri”nin tərtib olunması müxtəlif təşkilatların kollektivlərinin muxtar respublikadakı muzeyləri ziyarət etməsinə, tariximizi və milli dəyərlərimizi özündə yaşadan eksponatlarla əyani tanış olmalarına, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənmələrinə şərait yaradıb.
“12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü” münasibətilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə noyabrın 11-də muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Mənim hüquqlarım” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd məktəbliləri vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik tərbiyəsini formalaşdırmaq, dövlətçilik tarixində, cəmiyyətin qorunması və rifahı rolunda Konstitusiyanın rolu ilə bağlı fikirləri təbliğ etməkdən ibarətdir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Döyüş Şöhrəti Muzeyində məktəblilərin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, vətəndaşlıq hisslərinin aşılanması məqsədilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə 11 noyabr 2020-ci il tarixdə növbəti açıq dərs keçirilmişdir.
Bayraq keçmişimizdən - əsrdən-əsrə, nəsildən-nəslə ərmağan olan, ululardan miras qalan müqəddəs əmanət varlıq simvoludur.
Dövlət bayrağı müstəqilliyi təcəssüm etdirir. Ona görə də bayrağa münasibət Azərbaycanda tarix boyu özünü qabarıq şəkildə göstərmiş, xalqın milli mövcudluq simvolu sayılmışdır. İlk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilən Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada muxtar respublikanın bayrağı kimi qəbul olunub.