Yaşı minilliklərə söykənən Duzdağ qədim tarixi və təbii gözəlliyi ilə seçilən Naxçıvanın rəmzidir. Eyni zamanda Naxçıvanın şəhər kimi formalaşması Duzdağ mədəniyyəti ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Qədim Naxçıvanın ən möcüzəli yerlərindən biri olan Duzdağın hər qarışında tarixin sirli izləri qalıb”.
Bu gün Naxçıvan Duzdağı iqtisadi və tarixi-mədəni əhəmiyyətini qorumaqla yanaşı, həm də müalicəvi xüsusiyyətləri ilə də məşhurdur. Duzdağ Fizioterapiya Mərkəzi təbii müalicə mərkəzi kimi dünyada şöhrətə malikdir. Naxçıvan Muxtar Respublikasında aparılan böyük abadlıq və quruculuq işləri bu nadir səhiyyə ocağını da əhatə edib, müalicə turizminin inkişafı üçün hərtərəfli şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 20 noyabr 2020-ci il tarixdə Xatirə Muzeyində Naxçıvan Qızlar Liseyi və Naxçıvan şəhər 6, 7, 8 və 9 nömrəli tam orta məktəblər üzrə 20 şagirdin iştirak etdiyi növbəti açıq dərs keçirilmişdir.
Muxtar respublikada şagirdlərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili daim diqqət mərkəzindədir. Bu işlərin davamı olaraq “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində idman klubları yaradılmışdır. Noyabrın 20-də Naxçıvan Muxtar Respublikasının Təhsil və Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində idman klublarının təqdimatı keçirilmişdir.
Sədərək Rayon Təhsil Şöbəsi və Naxçıvan Dövlət Rəsm Qalareyasının birgə təşkilatçılığı ilə “And yerimiz Azərbaycan” mövzusuna həsr olunmuş rəsm müsabiqəsinin rayon mərhələsi keçirilib.
Sədərək Rayon Təhsil Şöbəsi, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Keçmişdən bugünə Sədərək” mövzusunda açıq dərs keçirilib.