Tarixi şəhərimiz Gəncə

İllərdən bəri öz terrorçuluq prinsipini yerinə yetirən erməni vandalları döyüş meydanında öz qüdrətini göstərə bilməyib gücünü dinc əhalini hədəf tutaraq göstərmişdir. Silahsız dinc sakinləri, hələdəki körpələri vurmaq ermənilərin hər zamankı heç bir vəhşiliyə sığmayan əməlləridir. Və biz buna tariximizin bütün səhifələrində rast gələ bilərik. Hələ 1804-cü ildə öz işğalçılıq niyyətini ortaya qoyan ermənilər  Azərbaycan torpaqlarında yaşamaqla xalqımıza qarşı yönəldilən mənfi xarakter daşıyan əməllər  törətmək ideyalarını tarix boyu reallaşdırmışdılar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzi yaradıldı

Oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzinin təqdimatı keçirilib.

Təqdimatda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada təhsilin inkişafı istiqamətində mühüm işlər görülmüş, müasir standartlara cavab verən təhsil müəssisələri tikilmiş, həmin müəssisələrin maddi-tədris bazası möhkəmləndirilmiş, infrastrukturu yenilənmişdir. Hazırda da təhsilin inkişafı istiqamətində zəruri işlər davam etdirilir. Bu gün muxtar respublikada təhsilin inkişafı istiqamətində görülən işlərin, eləcə də bu istiqamətdə həyata keçirilən layihələrin nəticəsidir ki, hər tədris ilində muxtar respublika məzunlarının ali məktəblərə qəbul səviyyəsi artır, şagirdlərimiz ölkənin ən nüfuzlu təhsil müəssisələrində təhsil almaq hüququ qazanırlar.

Ardını oxu...

Cəmşid Naxçıvanskinin Ev Muzeyində açıq dərs keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanskinin Ev Muzeyində Naxçıvan Qarnizonu tam orta məktəbi və Naxçıvan şhər 11, 12, 14 və 15 nömrəli tam orta məktəblərin şagirdlərinin iştirakı ilə növbəti açıq dərs keçirilmişdir.

Ardını oxu...

Xatirə Muzeyində növbəti açıq dərs keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Xatirə Muzeyində 16 oktyabr 2020-ci il tarixdə Naxçıvan Qarnizonu tam orta məktəb və Naxçıvan şəhər 10, 11, 12, 13 nömrəli tam orta məktəblər üzrə 20 nəfər şagirdin iştirakı ilə növbəti açıq dərs keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Şəhər Təhsil Şöbəsinin kollektivi Naxçıvan Dövlət Rəsm Qalereyasında ekskursiyada olub

Muxtar respublikanın tarixi abidələri, əsrarəngiz gözəllikləri, bənzərsiz təbiəti xalqımızın milli sərvətidir. Bu sərvətlər isə ölkənin tanıdılmasında, xalqımızın mədəniyyətinin təbliğ edilməsində mühüm əhəmiyyətə malikdir. Bu gün qalereya bu vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Öz fondunu ildən-ilə zənginləşdirərək dəyərli sənət əsərlərini, milli-mədəni sərvətlərimizi özündə toplayır, gələcək nəsillər üçün qoruyub saxlayır və milli sərvətlərimizi belə gözəl rəsm əsərləri vasitəsilə təbliğ edir.

 

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg