Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sürətli sosial-iqtisadi inkişaf strategiyası Naxçıvanın Şərqə açılan qapısı olan Culfa rayonunu da əhatə etmişdir. Aparılan kompleks quruculuq işləri, yaradılan müasir infrastruktur, rahat iş və xidmət şəraiti yaranmasının 90 ili tamam olan Culfa rayonunda sakinlərin firavan yaşayışını təmin etmişdir. Bu il də rayonda kompleks tikinti-quruculuq işləri həyata keçirilib.
Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsi üçün hərtərəfli xidmət şəraiti yaradılıb
Noyabrın 26-da Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbəsinin yeni xidmət kompleksi istifadəyə verilib, avtomobillər təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 3 aprel 2019-cu il tarixli “Ali və orta ixtisas təhsili müəssisələrinin müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamının icrasının təmin olunması məqsədilə 26 noyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin əməkdaşı tərəfindən Naxçıvan Dövlət Texniki Kollecində “Mühasibat uçotu” ixtisasının tələbələri ilə açıq dərs keçirilib.
Noyabrın 26-da Sədərək kənd 1 nömrəli tam orta məktəbdə Uşaq-Gənclər İdman Məktəbi və Tennis İdman Kulubunun şagirdləri arasında yoldaşlıq görüşü keçirilib. Görüşün keçirilməsində məqsəd məktəblilər arasında tennis idman növünün kütləviliyinə nail olmaq və şagirdlər arasında stolüstü tennis üzrə yoldaşlıq görüşlərinin, yarışların təşkil edilməsi ilə onları fəal idman həyatına cəlb etməkdən ibarət olub. Stolüstü tennis turniri Sədərək Rayon Təhsil Şöbəsi və Uşaq-Gəclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə keçirilib.
25 noyabr 2020-ci il tarixdə Bəhruz Kəngərlinin Ev Muzeyində Naxçıvan şəhər M.T.Sidqi adına 4 nömrəli tam orta məktəbin şagirdlərinə “Peşəkar rəssam Bəhruz Kəngərli” mövzusunda açıq dərs keçirilib.
25 noyabr 2020-ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecində “Təhsildə innovasiya: STEAM təhsil metodu və onun əhəmiyyəti” mövzusunda tədbir keçirilib.