Naxçıvan Dövlət Tarix Muzeyində 27 oktyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda açıq dərs keçirilmişdir. Açıq dərs Naxçıvan şəhər 1, 2, 3 və 4 nömrəli tam orta məktəblərinin 20 şagirdinin iştirakı ilə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Zəminə İbrahimova tərəfindən aparılmışdır.
27 oktyabr 2020-ci il tarixdə Sədərək Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Sədərək Rayon Tarix Diyarşünaslıq Muzeyində Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdlərinə açıq dərs keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə 22 oktyabr 2020-ci il tarixdə Heydə Əliyev Muzeyində Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin,