Yol hərəkəti təhlükəsizliyinin təbliği məqsədilə maarifləndirici tədbir keçirilib

Bu gün Xok kənd tam orta məktəbində yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2021-ci tədris ili üçün Tədbirlər Planına uyğun olaraq Kəngərli Rayon Təhsil Şöbəsinin və Dövlət Yol Polisi İdarəsinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib. Tədbirdə 50 şagird iştirak edib.

Ardını oxu...

ELAN

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən və həmin səviyyə üzrə buraxılış imtahanı verərək attestat almaq istəyənlər üçün sənəd qəbulu elan edir!

Eksternat qaydada attestat almaq istəyənlər üçün aşağıdakı sənədlər tələb olunur:

  1. Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;
  2. Ümumi orta təhsil haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti;
  3. 3x4 santimetr ölçüdə 2 ədəd rəngli fotoşəkil;
  4. Təhsil müəssisəsindən hansı sinfi bitirdiyinə dair arayış;
  5. Ərizə (müvafiqərizə forması Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində doldurulur).

Sənədlər 23 noyabr  2020-ci il tarixdən 30 dekabr 2020-ci il tarixədək saat 900-dan 1800-dək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində qəbul ediləcəkdir.

Eksternat qaydada keçiriləcək aralıq imtahanı 09 yanvar 2021-ci il tarixdə Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə saat 1000-da olacaqdır.

Eksternat qaydada attestat almaq istəyənlərin nəzərinə çatdırlır ki, aralıq imtahanlarında yalnız ümumi orta təhsil səviyyəsi üzrə 16, tam orta təhsil səviyyəsi üzrə  isə 18 yaşını tamam etmiş şəxslər iştirak edə bilər!

Ünvan: Naxçıvan şəhəri, Nizami 51

Əlaqə nömrəsi: (036) 545-02-06

Sədərək Rayon Gənclər İdman Məktəbinin bölmələri arasında yoldaşlıq görüşü keçirilib

Sədərək Rayon Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbdə Uşaq-Gənclər İdman Məktəbinin bölmələri arasında açıq havada yoldaşlıq görüşü keçirilib.

Yarışda Təhsil Şöbəsinin əməkdaşları, İdman bölmələrinin şagirdləri və dərnək rəhbərləri iştirak edib.

Ardını oxu...

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib

Noyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri Vasif Talıbovun sədrliyi ilə təşkilatın Siyasi Şurasının iclasında "Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının fəaliyyəti və qarşıda duran vəzifələr" müzakirə olunub.

Ardını oxu...

Naxçıvan Şəhər Təhsil Şöbəsinin kollektivi Naxçıvan Biznes Mərkəzində ekskursiyada olub

Naxçıvan Şəhər Təhsil Şöbəsinin kollektivi 21 noyabr 2020-ci il tarixdə Naxçıvan Biznes Mərkəzində ekskursiyada olub.

Mərkəzin bələdçisi tərəfindən Naxçıvan Biznes Mərkəzində nümayiş olunan yerli məhsullardan nümunələr haqqında Şəhər Təhsil Şöbəsinin kollektivinə geniş məlumat verilib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg