Fevralın 21-dən şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq

Fevralın 21-də saat 11:00-dan etibarən 2022-2023-cü tədris ilinin II yarımili üzrə şagirdlərin yerdəyişməsi prosesi aktiv olacaq.
Qeyd edək ki, həmin tarixdən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq.

Naxçıvanlı məktəblilər “Sabahın alimləri” XII respublika müsabiqəsində qalib olublar

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu tərəfindən keçirilən “Sabahın alimləri” XII respublika müsabiqəsi yekunlaşıb.
Müsabiqənin yekun nəticələrinə əsasən Naxçıvan Qızlar Liseyinin şagirdləri Surə Ələkbərova və  Jalə Bayramova riyaziyyat nominasiyası  üzrə “Tərəflərinə görə daha özəl üçbucaqlar” layihələri ilə II yerə layiq görülüblər. Şagirdlərin elmi rəhbəri Adil Abdullayev, mütəxəssis alim isə Bəhman  Məmmədovdur.

Ardını oxu...

Naxçıvanlı şagirdlər “Sabahın alimləri” XII respublika müsabiqəsində iştirak edirlər

Naxçıvan məktəbliləri Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin  Təhsil İnstitutu tərəfindən keçirilən “Sabahın alimləri” XII respublika müsabiqəsində iştirak etmək üçün Bakı şəhərinə yola düşüblər. Müsabiqəyə şagirdlər 6 elmi layihə ilə qatılıblar.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin birgə həyata keçirdiyi “Sabahın tədqiqatçıları” layihəsinin iştirakçıları “Sabahın alimləri”  XII-ci respublika müsabiqəsinə  8 müxtəlif istiqamətlər üzrə 7 layihə təqdim ediblər. Onlardan  6-sı final mərhələsinə vəsiqə qazanıb. Müsabiqə Bakı şəhərində fevralın  13-də başlayıb.

Ardını oxu...

Təhsil naziri Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulu Asip Kaya ilə görüşüb

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Türkiyə Respublikasının Naxçıvandakı  Baş Konsulu Asip Kaya ilə  görüşüb, baş verən zəlzələdə  vəfat edənlərlə  bağlı başsağlığını çatdırıb, zəlzələ nəticəsində vəfat edənlərin xatirəsinə Baş Konsulluqda açılan matəm kitabını imzalayıb.

Ordubad rayonunun Xanağa kəndində yeni məktəb binası istifadəyə verilib

Fevralın 9-da - Naxçıvan Muxtar Respublikasının yaradılmasının  99-cu ildönümündə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Ordubad rayonunun Xanağa kəndində aparılan kompleks quruculuq işləri ilə tanış olub.
Yenidənqurmadan sonra istifadəyə verilən Xanağa kənd tam orta məktəbi ilə tanışlıq zamanı məlumat verilib ki, ikimərtəbəli, 288 şagird yerlik məktəbdə 16 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, idman zalı, şahmat sinfi, kompüter, müəllimlər və digər otaqlar yerləşir. Burada internetə çıxışı olan 21 kompüter və 4 elektron lövhə quraşdırılıb. Binanın həyətində açıq idman qurğuları qoyulub, bufet və qazanxana tikilib, abadlıq və yaşıllaşdırma işləri görülüb.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg