Ümumtəhsil məktəblərinin VI və VII sinif şagirdləri üçün STEAM təhsili üzrə növbəti interaktiv dərs keçrilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış illik qrafikə uyğun olaraq muxtar respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün STEAM təhsili ilə bağlı növbəti interaktiv dərs təşkil edilib.
Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzindən keçirilən interaktiv dərs “Lego təhsil dəstlərinin tədrisdə istifadəsi və şagirdlərin inkişafına təsiri” mövzusuna həsr olunub.

Ardını oxu...

Ümumtəhsil məktəblərində “Zəfər tariximiz” və “Şəhidlər unudulmur” adlı guşələr yaradılacaq

Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab  İlham Əliyevin rəhbərliyi ilə qəhrəman və rəşadətli ordumuz Ermənistanın yeni işğal planlarının qarşısını almaq, torpaqlarımızı qəsbkardan azad etmək məqsədi ilə 2020-ci il sentyabrın 27-dən başladığı və 44 gün ərzində həyata keçirdiyi Zəfər yürüşündə möhtəşəm tarixi qələbə qazandı. Azərbaycanın qəhrəman oğulları 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımızı işğaldan azad edərək Azərbaycan xalqına böyük qələbə sevinci bəxş etdilər.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən tariximizin ən parlaq səhifəsindən olan bu tarixi qələbəni, qəhrəman ordumuzun zəfər yolunu və  Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhadətə ucalan qəhrəman oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, onların vətənpərvərliklərinin və qəhrəmanlıqlarının təbliği, məktəblilərdə hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə muxtar respublikanın ümumtəhsil məktəblərində “Zəfər tariximiz” və “Şəhidlər unudulmur” adlı  guşələrinin yaradılması nəzərdə tutulub.

Ardını oxu...

“20 Yanvar-Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda interaktiv dərs keçirilib

20 Yanvar faciəsi təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilən dəhşətli terror aktıdır. Bu fikir Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi arasında “20 Yanvar-Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda keçirilən interaktiv dərsdə səsləndirilib.
Bildirilib ki, yanvarın 19-dan 20-nə keçən gecə tökülmüş qanlar Azərbaycan xalqının müstəqillik uğrundakı mübarizə əzmini qıra bilməmiş, igid oğullarımız şəhidlik zirvəsinə yüksələrək xalqımızın yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini bütün dünyaya, ən əsası isə faciənin təşkilatçılarına nümayiş etdirmişlər. Vurğulanıb ki, 1990-cı il yanvarın 20-də, Qanlı Yanvar hadisələrinin törədilməsindən 8 saat əvvəl Sədərəyə də erməni silahlı dəstələrinin hücumları başlanıb və bununla da 20 Yanvar faciəsinin ilk qanlı səhifəsi yazılıb, ilk şəhidlər verilib.

Ardını oxu...

Bəhruz Kəngərli muzeyində interaktiv dərs keçirilib

Yanvarın 18-də Bəhruz Kəngərlinin anadan olmasının 131-ci ildönümü münasibəti ilə “Görkəmli rəssamın sənət dünyası” mövzusunda ümumtəhsil məktəbləri ilə Bəhruz Kəngərlinin Ev Muzeyi arasında interaktiv dərs keçirilib.
İnteraktiv dərsi muzeyin bələdçisi Zümrüd Əhmədova aparıb. Dərsdə qeyd edilib ki, Naxçıvan torpağı Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş edib. Belə şəxsiyyətlərdən biri də milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərlidir.

Ardını oxu...

Bəhruz Kəngərlinin 131 illik yubleyinə həsr olunmuş müsabiqə keçirilib

Yanvarın 17-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində realist rəssam, rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin 131 illik yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Müsabiqədə Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq Mərkəzinin “Rəsm” dərnəyinin üzvləri iştirak edib. Müsabiqənin təşkilində məqsəd yeniyetmə və gənclərə Bəhruz Kəngərlinin milli təsviri incəsənətimizin inkişafı və zənginləşdirilməsi yolunda göstərdiyi xidmətləri təbliğ etməkdən ibarət olub.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg