Sədərək rayon məktəblərinin qəbul nəticələri müzakirə edilib

2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Sədərək Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 52-si tələbə adını qazanmışdır. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva qeyd etmişdir ki, muxtar respublikamızda digər sahələrdə olduğu kimi təhsilə də xüsusi diqqət və qayğı ilə yanaşılır. Bu sahədə görülən işlər öz nəticəsini hər il keçirilən müxtəlif olimpiada, buraxılış və qəbul imtahanlarında göstərir. Bu günün təhsil sistemi və onun keyfiyyəti ölkənin gələcəyinə xidmət edir. Buna görə də hər bir məktəbin rəhbəri, məqsədyönlü şəkildə məktəblilərin, хüsusən məktəbi bitirməkdə оlаn gələcək məzunlаrın təhsilinin kеyfiyyəti ilə məşğul оlmаğı özünün və məktəbin əsаs vəzifəsi hеsаb еtməlidir.

Ardını oxu...

Sakinlərə nümunəvi xidmət göstəriləcək

Noyabrın 24-də Kələki kəndində xidmət mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzdə yaradılan şəraitlə tanış olub.
Bildirilib ki, xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, 2 anbar yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 nəfər işlə təmin olunub.

Ardını oxu...

Kələki kənd avtomobil yolu yenidən qurulub

Noyabrın 24-də Kələki kənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, ümumi uzunluğu 5 kilometr olan yola asfalt örtük salınıb. Yolun üzərində 180 metr metal boru su keçidi qoyulub, 1500 metr beton su kanalı, 410 metr selötürücü beton kanal çəkilib, 1 körpü təmir edilib, 60 metr istinad divarı tikilib, 310 metr metal məhəccər quraşdırılıb, 100 metr sahilbərkitmə işləri görülüb.

Ardını oxu...

Vahid mərkəzdən idarəetmə əhali rahatlığını təmin edəcək

Noyabrın 24-də Kələki kənd mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.
Məlumat verilib ki, ikimərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, polis sahə məntəqəsi, rabitə evi, kitabxana, arxiv, 38 yerlik zal, klub və qazanxana yerləşir. Kitabxana fondunda 7142 kitab vardır. Rabitə evində 96 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb. Kənddə 55 internet istifadəçisi vardır.

Ardını oxu...

Ordubad rayonunun Kələki kəndində kompleks quruculuq işləri aparılıb

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”.
Müstəqillik illərində muxtar respublikada ulu öndərin arzuları reallığa çevrilib. Bu gün muxtar respublikanın paytaxtı ilə yanaşı, bütün rayonları özünün yeni inkişaf dövrünü yaşayır. Ordubad rayonu da öz simasını dəyişir, yeni görkəm alır, kəndlərinin inkişafı, abadlaşdırılması diqqətdə saxlanılır. Rayonun abadlaşdırılan yaşayış məntəqələrindən biri də Kələkidir. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan kənddə insanların rahatlığına xidmət edən kompleks quruculuq tədbirləri görülüb.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg