Şahmat üzrə növbəti interaktiv dərs keçirilib

Naxçıvan Şahmat Mərkəzində “Açıq debütlər”, “Elektron şahmat proqramlarından istifadə” və “İki at müdafiəsi” mövzularında növbəti interaktiv dərs keçirilib. Dərs ümumtəhsil məktəblərinin şagirdləri üçün saat 11:00-da, şahmat fənnini tədris edən müəllimlər üçün saat 12:00-da, şahmat məktəbləri üçün isə saat 15:00-da baş tutub. Hər üç dərs beynəlxalq dərəcəli hakim Emin Hacıyev tərəfindən keçirilib.

Ardını oxu...

Sabahın tədqiqatçıları-2023: şagirdlər alimlərlə birlikdə 39 layihə üzrə tədqiqatlar aparacaqlar

Noyabrın 23-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları-2023” layihəsinə start verildi. Bununla bağlı şagirdlərlə görüş keçirildi.
Tədbirdə təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, muxtar respublikada təhsil infrastrukturu yenilənmiş, müasir tipli yeni məktəb binaları inşa edilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, təlim-tədris prosesi üçün yüksək tədris şəraiti yaradılmışdır. Ümumtəhsil məktəblərində müasir laboratoriyaların, STEAM kabinələrinin, elektron lövhəli siniflərin və kompüter otaqlarının yaradılması, kitabxanaların dərslik və bədii ədəbiyyatlarla təmin edilməsi təhsilin inkişafına güclü təkan vermişdir.

Ardını oxu...

“STEAM təhsilində mikrobit modulu kodlaşdırma” mövzusunda növbəti interaktiv dərs keçirilib

STEAM təhsil metodu şagirdlərə şəxsiyyətyönümlü inkişafın aşılanmasında əvəzsiz xidmət edir, şagirdlərdə şəxsiyyətin formalaşmasının bir hissəsi kimi tədqiqatçılıq, səbrlilik, nizamlılıq, uzaqgörənlik, əməkdaşlıq hissini inkişaf etdirir. Bu metoddan istifadə zamanı şagirdlər maket və ya qurğu hazırlayarkən müxtəlif elmi sahələrin vəhdətini təşkil edən biliklər əldə etməklə yanaşı, həm də praktik bacarıq və vərdişlərə yiyələnirlər.

Ardını oxu...

Şərur məktəbinin məzunu muxtar respublika birincisi olub

2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Şərur Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 348-i tələbə adını qazanmışdır. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov qeyd etmişdir ki, bu gün muxtar respublikada təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, təhsilin keyfiyyət göstəriciləri yaxşılaşdırılır, muxtar respublika təhsili özünün uğurlu inkişaf dövrünü yaşayır. Ümumi təhsilin səmərəlilik və effektivliyinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyəsi olunması üçün müasir təhsil şəraiti yaradılmışdır.

Ardını oxu...

Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə 30 min ağac əkilib

1992-ci il noyabrın 21-də ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyası ötən müddətdə ölkəmizin əsas hərəkətverici siyasi təşkilatına çevrilib. Bu gün Azərbaycanda, eləcə də muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri, iqtisadiyyatın inkişafı və əhalinin rifahının yaxşılaşdırılması Yeni Azərbaycan Partiyasının proqramında nəzərdə tutulan tədbirlərin uğurlu icrasının nəticəsidir. Ötən müddətdə muxtar respublikada təbii sərvətlərimizə qayğı ilə yanaşılması və ekoloji tarazlığın qorunması istiqamətində də ardıcıl işlər görülüb.
Noyabrın 19-da Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə ağacəkmə keçirilib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg