Pedaqoji profilli ixtisasları bitirən 66 gənc ümumtəhsil məktəblərində işlə təmin olunmuşdur

Ümumtəhsil məktəblərinin ixtisaslı kadrlarla təminatı diqqətdə saxlanılır.
Noyabrın 2-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən imtahanlarda müvafiq keçid balını toplayaraq ümumi təhsil müəssisələrinə vakant vəzifələrə işə qəbul edilən gənc kadrlarla görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Qeyd olunmuşdur ki, təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, müasir təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksək ixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi gənclərin hərtərəfli inkişafına, imkan və bacarıqlarının reallaşdırılmasına, cəmiyyətin həyatında onların fəal iştirakına stimul vermişdir.

Ardını oxu...

Məktəblilərin “Yaradıcılıq müsabiqəsi”nin final mərhələsi keçirilib

Muxtar respublikamız yeniyetmələrdə vətənpərvərlik tərbiyəsi və təbliğinin fəaliyyətini davam etdirir. Azərbaycan xalqının əzm və iradəsinin, gücünün və müasir ordu quruculuğunun ölkəmizin qələbəsini təmin edən mühüm amillər olduğunun şagirdlərə aşılanması və milli ruhda tərbiyə olunan vətənpərvər gənclərin yetişdirilməsi məqsədilə oktyabrın 31-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məktəblilərin “Yaradıcılıq müsabiqəsi”nin muxtar respublika mərhələsi keçirilib.

Ardını oxu...

Culfa Külək Elektrik Stansiyası istifadəyə verilib

Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən muxtar respublikada alternativ və bərpaolunan enerji mənbələrinin yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlərin tərkib hissəsi olaraq Culfa rayonunda Külək Elektrik Stansiyası qurulub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin kollektivi “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı  muxtar respublikada  bütün idarə, müəssisə və təşkilatlarının muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim oğuz yurdunun qədim keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır.
Oktyabrın 29-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksində olublar.

Ardını oxu...

Azərbaycan Gimnastika Federasiyasının bədii gimnastika üzrə yığma komandasının məşqçi-müəllimləri və üzvləri Naxçıvan şəhərində səfərdə olublar

“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı muxtar respublikaya ölkə səviyyəli məşqçi-müəllimlər və tanınmış idmançıların dəvət olunması istiqamətində görülən işlər uğurla davam etdirilir. Proqramın icrası ilə əlaqədar olaraq 28-30 oktyabr tarixlərində Azərbaycan Gimnastika Federasiyası və Naxçıvan Muxtar Respublika Atletika Federasiyası arasında dostluq əlaqələrinin gücləndirilməsi istiqamətində Azərbaycan Gimnastika Federasiyasının bədii gimnastika üzrə yığma komandasının 3 məşqçi-müəllimi və yığma komandadan ibarət 20 nəfər Naxçıvan şəhərində səfərdə olublar.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg