
2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Şahbuz Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 89-u tələbə adını qazanmışdır. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayev qeyd etmişdir ki, təhsilin keyfiyyətinin yüksəldilməsi bir çox amillərlə səciyyələnən proses, kompleks tədbirlərlə əhatə olunan, intensiv innovasiyaların tətbiqi ilə bilavasitə əlaqələnən mürəkkəb əməliyyatlar sistemindən ibarətdir. Qabaqcıl təcrübənin öyrənilməsi, müasir təlim texnologiyalarının tətbiqi, təhsilalanların stimullaşdırılması, təhsilverənlərin yüksək hazırlığa malik olması və məktəblərdə müasir tədris şəraitinin yaradılması kimi faktorlar da burada önəmli əhəmiyyət daşıyır. Keyfiyyətli təhsil isə öz nəticələrini qəbul imtahanlarında şagirdlər tərəfindən qazanılan nailiyyətlərdə göstərir.
Ardını oxu...
|

Noyabrın 15-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Gələcəyimiz olan uşaqların hüquqlarını qoruyaq” mövzusunda interaktiv dərs keçirilib. Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına tam orta məktəbdə keçirilmiş interaktiv dərs zamanı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Rəmzi Həsənov Ümumdünya Uşaq Hüquqları Gününün yaranması və əhəmiyyəti, uşaq hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq və milli qanunvericiliyin tələbləri barədə məlumat verib.
Ardını oxu... 
2021-2022-ci tədris ilində Ordubad Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 197-si tələbə adını qazanmışdır. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində rayonumuzda müasir təhsil infrastrukturu yaradılıb, bütün təhsil müəssisələri üçün müasir tələblərə cavab verən binalar tikilib, maddi-texniki bazası gücləndirilib. Təkcə ötən tədris ilindən bu günə kimi Pəzməri kənd ümumi orta və Əndəmic, Dırnıs, Vələver, Unus kənd tam orta məktəblərinin infrastrukturu yenilənmişdir. Hazırda isə Azadkənd, Kələki və Xanağa məktəblərində quruculuq işləri aparılır.
Ardını oxu... 
2021-2022-ci tədris ili üzrə Culfa Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 238-i tələbə adını qazanmışdır. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev qeyd etmişdir ki, ümumtəhsil məktəblərində təlim-tərbiyə şəraitinin yaxşılaşdırılması, məktəblərin əsaslı təmiri və onların müasir avadanlıqlarla, o cümlədən informasiya-kommunikasiya texnologiyaları ilə təchizi, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi ümumi təhsilin keyfiyyətinə birbaşa təsir göstərən əhəmiyyətli tədbirlərdəndir. Bu tədbirlərin sayəsində ümumi təhsil üzrə keyfiyyət göstəricilərində, xüsusilə də buraxılış imtahanları və ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrində irəliləyişlər müşahidə edilməkdədir.
Ardını oxu... 
Noyabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Alışar kənd avtomobil yolunda yaradılan şəraitlə tanış olub. Bildirilib ki, kənddə 900 metr əsas, 6180 metr kənddaxili yollara asfalt örtük salınıb, 3700 metr kənddaxili yollara qum-çınqıl qatı verilib, 12 metal boru su keçidi qoyulub, 994 metr beton su kanalı çəkilib, 1 körpü tikilib. Sonra sakinlərlə görüş olub.
Ardını oxu... |
|