
Ümummilli lider Heydər Əliyev Kamil Əliyev sənətinə yüksək qiymət verərək deyib: “Onun əsərləri Azərbaycan xalçaçılıq sənətində, rəssamlıq məktəbində daim yaşayacaq və çox görkəmli əsərlər kimi Azərbaycan mədəniyyəti xəzinəsində öz yerini tutacaq”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci il 9 avqust tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Xalça Muzeyinə Xalq rəssamı, professor Kamil Əliyevin adı verilib.
Ardını oxu... 
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev deyib: “Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir”. Bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Xalqımızın mübarizə və qəhrəmanlıq tarixini özündə yaşadan Naxçıvan etibarlı müdafiə olunur.
Ardını oxu...  Oktyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Havuş kəndinə gəlib, kənd tam orta məktəbində dərs prosesi ilə maraqlanıb, pedaqoji kollektivlə söhbət edib. Bildirilib ki, məktəb bu il yüz faizlik nəticə göstərib. Sonra Ali Məclisin Sədri şagirdlərə hədiyyələr təqdim edib. İnzibati ərazi dairəsi üzrə nümayəndə Valeh Musayev məlumat verib ki, kənd əhalisi əsasən, heyvandarlıq, bağçılıq, arıçılıqla məşğul olur. Kəndin ərazisində dərman bitkiləri yetişir ki, onlar da toplanaraq festivallarda, yarmarkalarda satışı həyata keçirilir. Kənddə məskunlaşma artıb. Son altı ildə kənddə 18 yeni ev tikilib. Hazırda isə iki evdə tikinti işləri aparılır.
STEAM-məntiqi düşüncə proseslərinə və problem həllinə diqqət yetirmək, şagirdlərin hər sahədə uğur qazanmasına kömək edəcək zehni vərdişləri inkişaf etdirməyə imkan verir. Bu təhsil metodu şagirdlərdə informasiya-kommunikasiya texnologiyaları və elmi biliklərin inkişafına dəstək olmaq, onlarda kodlaşdırma və vizuallaşdırmaya marağı artırmağa təsir edən başlıca amildir.
Ardını oxu... |
|