Prezident İlham Əliyev sentyabrın 29-da Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: "2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Ardını oxu...
|
Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası İqdır Vilayətinin valisi Hüseyn Engin Sarıibrahim ilə görüşüb. Görüşdə Naxçıvan-İqdır əlaqələrinin Azərbaycan-Türkiyə münasibətlərindəki rolundan, eləcə də muxtar respublika ilə Türkiyənin yaxın vilayətləri arasındakı enerji, nəqliyyat, təhsil və iqtisadi-ticarət əlaqələrindən bəhs olunub, gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Məhmət Emin Kiraz görüşdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının məşqçi və idmançıları ölkə və beynəlxalq turnirlərdə qazandıqları uğura görə mükafatlandırılıblar. Keçirilən tədbirdə məşqçi və idmançıları təbrik edən Atletika Federasiyasının sədri Rəhman Məmmədov bildirib ki, bu gün muxtar respublikada uşaq, yeniyetmə və gənclərin sağlam həyat tərzinə istiqamətləndirilməsi, fiziki və mənəvi hazırlığının yüksəldilməsi, idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır. Bunun üçün muxtar respublikanın şəhər və rayonlarında müasir idman infrastrukturu yaradılıb, zallar, idman obyektləri, şahmat məktəbləri tikilərək gənclərin ixtiyarına verilib. Həmçinin, “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” qəbul olunub. Qeyd olunub ki, 2020-ci ilin avqust ayında struktur dəyişikliyindən sonra Atletika Federasiyanın əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar muxtar respublikamızda yaradılan müasir idman şəraitinin bəhrəsidir.
Ardını oxu... Sentyabrın 28-də Naxçıvan Dövlət Texniki Kollecinin məzunları və kollecə yeni qəbul olan tələbələr ilə görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, Naxçıvan Dövlət Texniki Kolleci də bu qayğıdan bəhrələnib. Kollec üçün yeni tədris kompleksi istifadəyə verilib. Kompleksdə yaradılan auditoriyalar, kimya-biologiya, fizika və baytarlıq laboratoriyaları, tədris olunan ixtisaslara uyğun fənn kabinələri, kompüter otaqları, kitabxana və elektron vəsaitlər burada təhsil alan gənclərin savadlı, bacarıqlı mütəxəssis kimi yetişməsinə geniş imkanlar açıb. Bununla yanaşı kollecdə 2021-2022-ci tədris ilində istifadəyə verilən STEAM kabinəsi tələbələrin qazandıqları nəzəri bilikləri praktiki tətbiq etmək imkanı yaradıb.
Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd mərkəzi və həkim ambulatoriyasında aparılan təmir işləri ilə də maraqlanıb. Bildirilib ki, ikimərtəbəli kənd mərkəzi və həkim ambulatoriyasının dam örtükləri, fasadı və iş otaqları təmir olunub, pərdələr və xalçalar yenilənib. Binaların həyətlərində abadlıq işləri görülüb. İnzibati ərazi dairəsi üzrə nümayəndə Rufan Orucov kənddə görülən işlərdən bəhs edib. Ambulatoriyanın baş həkimi Ülkər Quliyeva kollektiv adından minnətdarlıq edib, bundan sonra da yaradılan şəraitdən istifadə edərək kənd əhalisinin sağlamlığının keşiyində duracaqlarına söz verib.
Ardını oxu... |
|