Şahbuz şəhərində məktəbdənkənar təhsil müəssisələri üçün yeni bina inşa olunur

Oktyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz şəhərində məktəbdənkənar təhsil müəssisələri üçün inşa olunan binanın layihəsinə baxıb, tikinti işləri ilə də maraqlanıb.
Məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq binada dəmir-beton işləri yekunlaşdırılıb. Tikinti işləri yekunlaşdıqdan sonra binada Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi və Turist-Diyarşünaslıq Mərkəzinin fəaliyyəti üçün şərait yaradılacaqdır.
Ali Məclisin Sədri tikinti işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında məktəblilərin “Yaradıcılıq müsabiqəsi”nin şəhər mərhələsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə oktyabrın 18-də Naxçıvan Dövlət Texniki Kollecində məktəblilərin “Yaradıcılıq müsabiqəsi”nin şəhər mərhələsi keçirilib.
Məktəblilərin “Yaradıcılıq müsabiqəsi” Azərbaycan xalqının əzm və iradəsinin, gücünün və müasir ordu quruculuğunun ölkəmizin qələbəsini təmin edən mühüm amillər olduğunun şagirdlərə aşılanması və milli ruhda tərbiyə olunan vətənpərvər gənclərin yetişdirilməsi məqsədilə keçirilir.

Ardını oxu...

“Müstəqilliyimiz əbədidir” mövzusunda interaktiv dərs keçirilib

Oktyabrın 18-də Naxçıvan Dövlət Tarix Muzeyindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “Müstəqilliyimiz əbədidir” mövzusunda interaktiv dərs keçirilib.
İnteraktiv dərsdə Azərbaycanın azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə dolu zəngin tarixi ilə bağlı məlumat verilmişdir. Bildirilib ki, 1918-ci ildə ölkəmizdə ilk demokratik respublika yaradan Azərbaycan xalqı daha sonra baş vermiş ictimai-siyasi dəyişikliklər nəticəsində milli azadlığından, dövlət müstəqilliyindən məhrum olmuşdu.

Ardını oxu...

16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının bağlanış mərasimi keçirilib

Oktyabrın 10-da “Duzdağ” hotelinin tədbirlər zalında 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının bağlanış mərasimi və qala gecəsi keçirilib.
Olimpiadanın baş hakimi Freyd Loran qeyd edib ki, Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası möhtəşəm sonluqla başa çatıb. Bu, dünya arenasında təşkil olunan ən yaxşı yarışlardan biri oldu.

Ardını oxu...

Ölkə çempionu olmuş ağır atletlərimiz ilə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində uğur qazanan idmançılar və onların məşqçiləri ilə görüş keçirilib. Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə Bakı şəhərində 20 və 23 yaşlı gənc oğlan və qızlar arasında ağır atletika üzrə ölkə birinciliyi keçirilib. Azərbaycanın 15 komanda və 150-dən çox idmançısının iştirak etdiyi çempionatda Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının 3 idmançısı da mübarizə aparıb. İdmançılarımız ölkə birinciliyində uğurlu nəticə əldə edərək muxtar respublikaya 2 qızıl medalla qayıdıblar. Belə ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Gülcahan Əliyeva birdən qaldırmada 52, təkanla qaldırmada isə 65 kq, (ümumilikdə 117 kiloqram), Həsən Babayev isə 89 kiloqram çəki dərəcəsində birdən qaldırmada 104, təkanla qaldırmada isə 120 kq (ümumilikdə 232 kiloqram) qaldıraraq Azərbaycan çempionu adını qazanıblar. Qeyd edək ki, idmançılarımızın yaşının az olmasına baxmayaraq gənclər arasında keçirilən Azərbaycan birinciliyində iştirak ediblər.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg