Naxçıvanda Türkiyə Cümhuriyyətinin 99-cu ildönümü münasibətilə tədbir keçirilib

Oktyabrın 28-də Türkiyə Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov rəsmi qəbulda iştirak edib.
Tədbirdə Azərbaycan və Türkiyə şəhidlərinin xatirəsi yad edilib, Azərbaycan və Türkiyə Respublikalarının dövlət himnləri səsləndirilib, cümhuriyyətin qurulması ilə bağlı videoçarx nümayiş etdirilib.

Ardını oxu...

Kəngərli rayon məktəblilərinin 77 faizi tələbə adını qazanıb

 

2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Kəngərli Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 107-si tələbə adını qazanmışdır. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov qeyd etmişdir ki, təhsilə göstərilən dövlət qayğısı sayəsində Kəngərli rayonunda da məktəblərin infrastrukturu yaxşılaşmış, məktəblər müasir avadanlıq, informasiya texnologiyaları və tədris vəsaitləri ilə təchiz olunmuşdur. Bu da ümumtəhsil məktəblərində şagirdlərin keyfiyyətli təhsil almasına və təhsildə yüksək nailiyyətlər qazanmasına geniş imkanlar yaradıb.

Ardını oxu...

Babək rayonunun 11 məktəbi qəbul nəticələrinə görə mükafatlandırıldı

2021-2022-ci tədris ilində buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələrinə görə Babək Rayon Təhsil Şöbəsinin tabeliyində olan təhsil müəssisələrinin məzunlarından 330-u tələbə adını qazanmışdır. Uğurlu nəticə göstərən məktəblərin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov qeyd etmişdir ki, təhsilə göstərilən dövlət qayğısı sayəsində Babək rayonunda da məktəblərin infrastrukturu yaxşılaşmış, məktəblər müasir avadanlıq, informasiya texnologiyaları və tədris vəsaitləri ilə təchiz olunmuşdur. Bu da ümumtəhsil məktəblərində şagirdlərin keyfiyyətli təhsil almasına və təhsildə yüksək nailiyyətlər qazanmasına geniş imkanlar yaradıb.

Ardını oxu...

Naxçıvanda payızlıq taxıl əkini ilə bağlı səyyar müşavirə keçirilib

Ümummilli lider Heydər Əliyev deyib: “Taxılçılıq kənd təsərrüfatının əsas sahələrindən biridir. Biz taxıl istehsalını ilbəil artırmalıyıq... Taxılçılığı əsas sahə hesab edərək bu işlə daha ciddi, yorulmadan məşğul olmalıyıq”. Muxtar respublikada taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, onların keyfiyyətli toxum sortları və texnikalarla təminatı, istehsal edilən taxılın sərfəli qiymətlərlə qəbulu əkin sahələrinin ilbəil genişləndirilməsinə, məhsuldarlığın artırılmasına səbəb olub.

Ardını oxu...

Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2022-ci il 24 sentyabr tarixdə Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Ölkə Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2022-ci il 27 sentyabr tarixdə “Hüseyn Cavidin 140 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilib. Tədbirlər Planına müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəb və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi tərəfindən Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunan tədbir keçirilib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg