20 noyabr – Ümumdünya Uşaq Hüquqları Günü qeyd edilib

20 noyabr – Ümumdünya Uşaq  Hüquqları Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində tədbir keçirilmişdir.

Əvvəlcə tədbirin aparıcıları bu günün tarixi haqqında qısaca olaraq məlumat verərək bildirmişlər ki, uşaqların rifahı naminə və onların hüquqlarının müdafiəsini təmin etmək məqsədilə 1959-cu il noyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu il noyabr ayının 20-də 54 maddədən ibarət Uşaq Hüquqları Konvensiyasını qəbul etmişdir. Ona görə də noyabrın 20-si Ümumdünya Uşaq Günü kimi tarixə düşmüşdür. Bu gün dünyanın əksər ölkələrində, eləcə də ölkəmizdə xüsusi qeyd edilir.

Ardını oxu...

Məktəblilərin muxtar respublika fənn olimpiadasının final turu keçirilib

Noyabrın 19-da Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə muxtar respublika fənn olimpiadasının final turu keçirilib.
Fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

Ardını oxu...

Culfa rayon Dövlət Bayrağı Meydanı istifadəyə verilib

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvanda üçrəngli bayrağımız əbədi yüksəkliyə qaldırılıb, müstəqil dövlətçiliyimizin bərpası istiqamətində mühüm qərarlar qəbul edilib. Ulu öndər Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra Milli Qurtuluşun əsasını qoyub, milli birliyi və sabitliyi təmin edib, müstəqilliyimiz qorunub saxlanılıb. Ölkə Prezidenti cənab İlham Əliyev ulu öndərin yolunu uğurla davam etdirərək dövlətçiliyimizi daha da möhkəmləndirib, Azərbaycan yeni inkişaf mərhələsinə yüksəlib, torpaqlarımız işğaldan azad olunub, böyük Zəfər qazanılıb.

Ardını oxu...

STEAM təhsil metodu üzrə təkmilləşdirmə təlimlərinə start verilib

Noyabrın 17-dən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə müəllimlərin STEAM təhsili üzrə təkmilləşdirmə, yeni bacarıqlara yiyələnməsi nəzərə alınaraq növbəti təlimlərə start verilib.
STEAM təhsil metodunun əhatə dairəsinin genişləndirilməsi və inkişafı üçün ixtisaslaşmış kadrlar tələb olunur. Bunun üçün də müəllimlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq təlimlər təşkil olunur.

Ardını oxu...

Mental arifmetika dərnəyinin üzvləri arasında müsabiqə keçirilib

Noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəbdənkənar təhsil müəssisələrinin Mental arifmetika dərnəyinin üzvləri arasında müsabiqə keçirilib. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilən müsabiqədə 10-14 yaşlı 50 dərnək üzvü iştirak edib. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə yaddaş, qavrama, xəyal gücünü, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli aparılmasını və zehni arifmetika əməliyyatlarını doğru şəkildə icra etmələrini inkişaf etdirməkdən ibarət olub.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg