Naxçıvanda Peyğəmbərimizin mövludu qeyd edilib

Oktyabrın 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Came məscidinə gəlib, Peyğəmbərimizin mövludu münasibətilə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev qeyd edib ki, bu gün bütün İslam aləmi üçün ən əziz bayramlardan biridir. İslam aləmində müqəddəs sayılan və hicri təqvimi ilə Rəbiül-əvvəl ayına təsadüf edən mövlud gecəsində müsəlmanlar oyaq qalır, Quran oxuyur, sədəqə çıxarır, günahlarının bağışlanması üçün

Ardını oxu...

Naxçıvan şəhərində yeni uşaq bağçası istifadəyə verilib

“Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi necə tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”, - deyən ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət-uşaq siyasəti bu gün ölkəmizdə uğurla davam etdirilir, uşaqların layiqli vətəndaş olaraq formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada da uşaqların təlim - tərbiyəsinə və təhsilinə xüsusi diqqətlə yanaşılır, bütün təhsil pillələri, o cümlədən məktəbəqədər tərbiyə müəssisələri üçün müasir şərait yaradılır.

Ardını oxu...

Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının görülən işlər və qarşıda duran vəzifələri ilə bağlı tədbir keçirildi

Oktyabrın 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “Naxçıvan Gənc Müəllimlər Assosiasiyası” İctimai Birliyinin görülən işlər və qarşıda duran vəzifələri ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov tədbir iştirakçılarını Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müəllimlərin təltif edilməsi barədə sərəncamları ilə tanış edib, təltif olunan müəllimləri təbrik etmişdir.

Ardını oxu...

Beynəlxalq Memarlar Günü ilə əlaqədar sərgi keçirilib

Oktyabrın 3-də Naxçıvan şəhərindəki Yusif ibn Küseyir türbəsinin ərazisində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Memarlar Birliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Memarlar Günü ilə əlaqədar “Müasirləşən Naxçıvan” mövzusunda sərgi keçirilib. Sərgidə Memarlar Birliyinin üzvləri, ümumtəhsil məktəblərinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin Memarlıq-dizayn dərnəyinin üzvləri və gənc memarlar iştirak ediblər.

Ardını oxu...

STEAM təhsili üzrə təlimlər davam etdirilir

STEAM təlim metodu bu gün muxtar respublikanın təhsil müəssisələrində uğurla tətbiq edilir. Belə ki, bu günə qədər 108 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb, əlavə olaraq 2022-2023-cü tədris ilində isə daha 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilir.
STEAM təhsil metodunun əhatə dairəsinin genişləndirilməsi və inkişafı ixtisaslaşmış kadrlar tələb edir. Bu məqsədlə Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzinin imkanlarından yararlanaraq bu günədək 300-dən çox müəllim təlimlərdə iştirak edib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg