“Naxçıvan: dünən və bu gün” mövzusunda rəsm müsabiqəsi keçirilib

Fevralın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 99-cu ildönümü münasibətilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Naxçıvan: dünən və bu gün” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqədə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq və Texniki Yaradıcılıq Mərkəzinin “Rəsm” dərnəyinin üzvləri iştirak edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Kodunu yaz-layihəni yarat” üzrə muxtar respublika müsabiqəsi keçirilib.

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə mikrobit platformasını öyrətmək, kodlaşdırma bacarıqlarını inkişaf etdirmək məqsədilə Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə məktəblilər arasında “Kodunu yaz-layihəni yarat” muxtar respublika müsabiqəsi keçirilib. İki gün təşkil olunan müsabiqədə şəhər və rayon məktəblərinin VI-VII  və    VIII-IX sinif şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak edib. Muxtar respublika mərhələsində iştirak edən komandalar 1 müəllim və 2 şagird olmaqla 3 nəfərdən ibarət təşkil olunub.

Ardını oxu...

Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki müəyyən olunub

Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 5 və 12 mart, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə 9, 16 və 30 aprel 2023-cü il tarixlərində keçiriləcək.
Naxçıvan Muxtar Respublikasında tam (11 illik)  orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 12 mart,  ümumi
(9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı  isə  30 aprel 2023-cü il tarixlərində keçiriləcək.

Ardını oxu...

Təhsil naziri Türkiyənin Naxçıvandakı Baş konsulu ilə görüşüb

Fevralın 2-də Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Asip Kaya ilə görüşüb. Rəhman Məmmədov rəsmi qonağı salamlayaraq, onu yeni təyinatı ilə bağlı təbrik edib, Naxçıvandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Naxçıvanda fəaliyyətindən məmnunluğunu ifadə edən Asip Kaya Türkiyənin Naxçıvandakı Baş Konsulu olmasından qürur duyduğunu ifadə edib.
Görüşdə qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, təhsil sahəsində də ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi perspektivləri qeyd edilib.

Ardını oxu...

Vayxır kənd tam orta məktəbi üçün müasir tədris imkanlarına malik yeni bina inşa olunub

Bu gün ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafın yeni mərhələsindədir. Quruculuq işlərinin və sosial proqramların miqyasının genişlənməsi dövlət-xalq birliyini daha da möhkəmləndirir. Babək rayonunun Vayxır kəndində genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsi bu sahədə görülən işlərin davamıdır
Fevralın 1-də Vayxır kənd tam orta məktəbinin binası yenidənqurmadan sonra istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir. Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məlumat vermişdir ki, Babək rayonunun Vayxır kəndində 378 şagird yerlik tam orta məktəb binasının yenidən qurulmasına 2022-ci ilin mart ayında başlanılmışdır. 2 mərtəbədən ibarət olan məktəb binasında 21 sinif otağı, 2 elektron lövhəli sinif, kompüter sinfi, şahmat sinfi, hərbi kabinə, STEAM kabinəsi, müəllimlər otağı, kimya, biologiya, fizika laboratoriyaları, kitabxana, idman zalı və digər otaqlar yerləşir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg