Respublika Fənn Olimpiadasının şəhər və rayon mərhələsi keçirilib

Dekabrın 25-də Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə Respublika Fənn Olimpiadasının şəhər və rayon mərhələsi keçirilib.

Respublika Fənn Olimpiadasının keçirilməsində əsas məqsəd şagirdlərdə keyfiyyətli təhsil alma, biliklərə marağı artırmaq və özünə inam hisslərini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafını təşkil etmək istiqamətində tədbirlər müəyyənləşdirmək, şagirdlərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdan ibarətdir.

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin VIII-XI siniflərindən 850-ə yaxın şagirdin iştirak etdiyi bu bilik yarışında şagirdlər Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya olmaqla, ümumilikdə 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Qeyd edək ki, informatika fənni üzrə olimpiada dekabrın 24-də online şəkildə 27 şagirdin iştirakı ilə baş tutub.

Olimpiadada şagirdlərə hər fənn üzrə fənn kurikulumuna uyğun olaraq qapalı test formasında hazırlanan 25 sual təqdim olunub. Həmin test tapşırıqlarını cavablandırmaq üçün isə 3 saat vaxt ayrılıb.

Qeyd edək ki, bu mərhələnin yekun nəticələrinə əsasən yüksək nəticə göstərən şagirdlər respublika mərhələsində iştirak hüququ əldə edəcəklər.

Məktəblilər arasında “Labirint-Robot” üzrə II muxtar respublika müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə dekabrın 22-də Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə “Labirint-Robot” üzrə II muxtar respublika müsabiqəsi keçirilib.

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində təhsil alan şagirdlərə avtonom labirint həll edən robotların texnologiyasını öyrətmək, mühəndislik və alqoritm vasitəsilə kodlaşdırma bacarıqlarını inkişaf etdirmək məqsədilə məktəblilər arasında “Labirint-Robot” üzrə II muxtar respublika müsabiqəsi keçirilib. İki mərhələdə təşkil olunan müsabiqədə şəhər və rayon məktəblərinin VI-IX sinif şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri iştirak etmişdir. Şəhər və rayon mərhələsindən keçdikdən sonra muxtar respublika mərhələsində iştirak edən komandalar 1 müəllim və 2 şagird olmaqla 3 nəfərdən ibarət təşkil olunub. Müsabiqəyə hazırlıq məqsədilə dekabrın 14-də respublikanın ümumtəhsil məktəblərinin VI və VII siniflərində təhsil alan şagirdlər üçün Təhsil Nazirliyinin təlimçisi Nailə Kazımova tərəfindən Heydər Əliyev adına tam orta məktəbdə yaradılan STEAM Tədris Mərkəzində interaktiv dərs təşkil olunub.

Müsabiqədə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Murad Babayev məktəblərimizdə 2021-ci ildən tətbiq olunan STEAM təhsili ilə bağlı görülən işlər haqqında məlumat vermişdir. Qeyd etmişdir ki, artıq muxtar respublika məktəbliləri ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili ilə praktik məşğələlər vasitəsilə robototexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanır, mühəndislik səriştələri əldə edirlər. Şagirdlərin bu sahədə qazandıqları bilik və bacarıqları üzə çıxarmaq, onlar arasında sağlam rəqabət formalaşdırmaq məqsədilə məktəblilər arasında müsabiqələr təşkil olunur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi muxtar respublikanın ictimaiyyətinə təqdim edilib

Dekabrın 23-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflini muxtar respublikanın ictimaiyyətinə təqdim edib.

Tədbirdən əvvəl Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Samir Nuriyev təqdimat mərasimində çıxış edərək Naxçıvan Muxtar Respublikasının həmişə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu, ölkəmizdə aparılan quruculuq işlərinin tərkib hissəsi kimi Naxçıvanın inkişafı istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Prezident Administrasiyasının rəhbəri qeyd edib ki, Prezident İlham Əliyev sosial-iqtisadi inkişaf məsələlərinin həlli ilə yanaşı, həm də dövlət idarəçiliyinin təkmilləşdirilməsini, bütün sahələrdə şəffaflığın təmin edilməsini, inkişafa mane olan mənfi halların aradan qaldırılmasını əsas vəzifələrdən biri kimi müəyyənləşdirib.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi institutunun yaradılması effektiv idarəçiliyin təmin edilməsi, vətəndaşla dövlət orqanları arasında dialoqun müasir tələblər səviyyəsində və qanun çərçivəsində qurulması, iqtisadi, sosial, mədəni və digər məsələlərin operativ və səmərəli həlli məqsədi daşıyır.

Samir Nuriyev muxtar respublikanın yeni rəhbərliyinin qarşıda duran vəzifələrin vaxtında, tam və səmərəli şəkildə icrasını təmin etməklə Azərbaycan Prezidentinin göstərdiyi böyük etimadı doğruldacağına ümidvar olduğunu deyib.

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsini qəbul edib

Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsinə təyin olunmuş Fuad Nəcəflini qəbul edib və ona müvafiq tapşırıqlarını verib.

Qəbulda Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına göstərdiyi daimi diqqəti sayəsində və birbaşa tapşırığı ilə həyata keçirilən genişmiqyaslı işlər, o cümlədən böyük infrastruktur layihələrinin həyata keçirilməsi, Naxçıvanda qazlaşdırmanın 100 faiz səviyyəsində təmin edilməsi, enerji təchizatı, müasir yolların inşa olunması, səhiyyə və təhsil obyektlərinin tikintisi, yeni iş yerlərinin yaradılması istiqamətində görülən işlər qeyd olunub.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasına hər il dövlət büdcəsindən böyük həcmdə dotasiya ayrılıb.

Prezident İlham Əliyev tapşırıq verib ki, səlahiyyətli nümayəndə kimi Fuad Nəcəfli insanların qayğısına qalınması, korrupsiya, rüşvətxorluqla mübarizə, şəffaflıq, düzgün kadr siyasətinin həyata keçirilməsi, mərkəzi icra orqanları ilə sıx təmasda fəaliyyətlə bağlı bütün səylərini göstərsin.

Fuad Nəcəfli ona göstərilən yüksək etimada görə dövlətimizin başçısına təşəkkürünü bildirib və Prezident İlham Əliyevi əmin edib ki, bütün fəaliyyət dövlətimizin başçısının siyasəti üzərində aparılacaq, ölkə miqyasında həyata keçirilən genişmiqyaslı islahatların Naxçıvan Muxtar Respublikasında da təmin edilməsi işində səylərini əsirgəməyəcək.

Türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” I respublika onlayn incəsənət müsabiqə-festivalının region mərhələsi keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə dekabrın 16-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Türkdilli dövlətlərin məktəbliləri arasında “Xəmsə möcüzəsi” I respublika onlayn incəsənət müsabiqə-festivalının region mərhələsi keçirilib. Müsabiqə-festivalın məqsədi uşaq və gəncləri Azərbaycan xalqının dünya şöhrətli şair və mütəfəkkiri Nizami Gəncəvinin klassik irsi ilə tanış etmək, “Xəmsə”nin süjetləri əsasında orta əsrlər Azərbaycan miniatür sənəti, dekorativ-tətbiqi sənət növləri vasitəsilə məktəblilərin bacarıqlarını formalaşdırmaq, Nizami Gəncəvinin dünya ədəbiyyatına bəxş etdiyi “Xəmsə”si vasitəsilə uşaq və gənclərə söz sənətini sevdirmək, dahi şairin əsərlərinə musiqi bəstələmiş Azərbaycan bəstəkarlarını tanıtmaq, türkdilli dövlətlərin uşaq və gəncləri arasında dostluq və mədəni əlaqələri genişləndirmək, onlara dahi Nizami Gəncəvi irsini sevdirmək və tanıtmaqdan ibarətdir.

Müsabiqə-festival muxtar respublikada fəaliyyət göstərən ümumtəhsil məktəbləri və liseylərin 11-17 yaş arası istedadlı şagirdləri (11-14 yaş və 15-17 yaş) arasında iki yaş qrupunda keçirilib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg